Şənbə , Sentyabr 19 2020
Ana səhifə / Siyasət / AMİP 3 ölkənin səfirliyinə müraciət edib

AMİP 3 ölkənin səfirliyinə müraciət edib

Azərbaycan Milli İstiqlal Partiyası İran, Qazaxıstan və Türkmənistan səfirliklərinə rəsmi məktubla müraciət edib.

Səfirliklərə göndərilən müraciətlərdə Rusiya tərəfindən Ermənistana göndərilən silahların Qazaxıstan, Türkmənistan və nəhayətdə İran üzərindən keçməklə düşmən ölkəyə çatdırılmasının hiddət doğurduğu, həmin silahların son nəticədə Azərbaycan vətəndaşlarının qətlə yetirilməsi və torpaqlarımızın işğalda saxlanılmasına xidmət etdiyi qeyd olunub.

İslam ölkəsi olan İranın, eləcə də Türk Şurasının üzvü olan, dili bir, qanı bir türk dövlətlərinin dini ocaqlarımızı, məscidlərimizi dağıdan, minlərlə müsəlmanın, Azərbaycan türkünün qatili olan Ermənistanla bu şəkildə xoş münasibətlərinin heç bir şəkildə başa düşülən olmadığının deyildiyi müraciətlərdə Ermənistanın silahlanmasında dolayısı ilə də olsa iştirakın dostluq və qardaşlıq əlaqələrinə xələl gətirdiyi qeyd olunub.

Qazaxıstan səfirliyinə ünvanlanan müraciətdə isə qeyd olunanlardan əlavə olaraq Ermənistan və Qazaxıstan Hökumətləri arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında sazişlə bağlı da narahatlıq ifadə olunub. Adı çəkilən və 3 sentyabr tarixində Ermənistan parlamenti tərəfindən ratifikasiya edilən sazişin Azərbaycanla və ümumiyyətlə Türk dünyası ilə düşmən münasibətdə olan Ermənistanın iqtisadi baxımdan güclənməsinə kömək etdiyi və bunun yolverilməz olduğu bildirilib.

Azinforum.az

Həmçinin oxuyun

“Özümüz özümüzü, xalqımızı aldatmamalıyıq” – Prezident

“Keçən il Ermənistan baş nazirinin səsləndirdiyi cəfəng fikirlər danışıqlar prosesinə ciddi zərbə vurdu. O, “Qarabağ …