Bazar , Noyabr 29 2020
Ana səhifə / Siyasət / AMİP-ə yeni sədr seçiləcək

AMİP-ə yeni sədr seçiləcək

Bu il Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədrinin seçilməsi və digər strukturlarının formalaşdırılması nəzərdə tutulub.

Bu barədə Modern.az-a  AMİP Mərkəzi Şurasının üzvü Əli Oruclu məlumat verib. O qeyd edib ki, koronovirus pandemiyasına görə bu tədbirlər təxirə salınıb:

“Yeni sədrin seçilməsi və strukturun müəyyənləşdirilməsi üçün qurultay keçirmək lazımdır. Bildiyimiz kimi, indiki şəraitdə kütləvi tədbirlərə icazə yoxdur və biz qurultay keçirə bilmərik. Ona görə, bununla bağlı konkret fikir söyləmək də hələ tezdir. Ümid edək ki, tezliklə bu bəla Azərbaycanın başının üstündən çəkiləcək. Hər şey normal axarına qayıdandan sonra qurultay haqqında düşünmək olar”.

Həmçinin oxuyun

Fəxrizadənin müəmmalı qətli: İranla bağlı plan aktiv fazaya keçir… (TƏHLİL)

“Fəxrizadənin ölümü sırf İran ətrafında uzun müddət davam edən prosesin bir həlqəsi kimi dəyərləndirilməlidir”.Bunu Qaynarinfo-ya açıqlamasında …