Xankəndi şəhərində yerləşən separatçılardan biri, Birinci Qarabağ müharibəsində əli azərbaycanlıların qanına batan Samvel Babayan yeni təkliflərlə çıxış edib. Qeyd edək ki, Samvel Babayan özünü qondarma “vahid vətən partiyası”nın sədri kimi təqdim edir.
O, “Azadlıq” radiosuna açıqlamasında Ağdam və Laçın yolunun eyni vaxtda açılmasını təklif edib.
Bununla bərabər, Babayan yolun açılması və 5-10 yük maşını yardımın gəlməsi ilə problemin həll edilməyəcəyini diqqətə çatdırıb. Babayan deyib ki, paket həll üçün təkliflər təqdim edilməli, o cümlədən Qarabağı taleyi və “status”nun necə olacağı aydınlaşmalıdır.
O, Bakının bu təkliflərə razılaşacağına inandığını deyib.
Hər iki yolun eyni zamanda açılması təklifinə Azərbaycan razı olarmı?
Siyasi şərhçi Amid Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Samvel Babayanın verdiyi təkliflər yalnız və yalnız onun özü üçün keçərlidir: “Heç kim ona bu icazəni verməyib ki, Qarbağda yaşayan ermənilərin adından çıxış edib, Azərbaycan qarşısında şərtlər irəli sürsün. Bundan əlavə, Azərbaycan heç bir zaman əli azərbaycanlıların qanuna batmış bir cinayətkarla danışıqlar aparmayacaq. Bunu Samvel Babayan özü də çox gözəl bilir və ona görə də heç bir məntiqə və reallığıa sığmayan və uzalaşmayan bəyanatlar verir.
Ümumiyyətlə ərazidə olan separatçılar və xüsusilə də Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilmiş erməni canilər hazırki vəziyyətdə çıxılmaz bir duruma düşüblər. Laçın yolunda quraşdırlımış NBM artqı filtirasiya funkisyası üzrə vaxtilə azərbaycanlılara qarşı və eləcə də müharibə əsirlərinə qarşı cinayət işləmiş şəxsləri müəyyən edərək məsuliyyətə cəlb edir.
Bu qorxu altında yaşayan separatçılar qəsdən ərazidə humanitar fəlakət şousu yaratmaqla beynəlxalq ictimaiyyətin diqqətini bura cəlb etmək istəyirlər və bununla da məsuliyyətdən yaxa qurtaracaqlarına ümid edirlər.
Bölgəyə istənilən humanitar yüklərin daşınması ancaq Azərbaycan dövlətinin təklif etdiyi variant üzrə mümkün ola bilər. Dünən ermənilərə dəstək olmağa tələsən Fransa humanitar yükü belə əraziyə Azərbaycanın icazəsi olmadan daxil ola bilməyəcəyini başa düşərək ərazini “fransızsayağı” şəkildə tərk etdi. Hazırki məqamda Laçın yolunun açılması Ağdam-Xankəndi yolunun işə düşməsindən sonra mümükün ola bilər. Bu da Azərbaycanın sərhəd və gömrük rejim qaydalarına riayət etmək şərti ilə mümkün olacaqdır. Bu barədə artıq ölkə başçısı ötən gün fransalı həmkarı ilə aparılmış telefon danışığında bildirmişdir. İndi isə Babayan taftalogiya edərək sanki yaranmış vəziyyətdən optimal çıxış yolunu təklif edir. Azərbaycan dövləti heç bir zaman separatçıların irəli sürdüyü təkliflərlə razılşamayacaq. Şərtləri və təklifləri Azərbaycan dövləti müəyyən edir və irəli sürür”.
Azinforum.az