Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Alpər Coşqun Türkiyə-Azərbaycan dostluğu tarixində necə qalacaq…

Alpər Coşqun Türkiyə-Azərbaycan dostluğu tarixində necə qalacaq…

Türkiyənin Azərbaycanda yeni səfiri təyin edilib. Belə ki, səfir İsmayıl Alpər Coşqunun yerinə Erkan Özoral təyin olunub. E.Özoral bundan əvvəl Türkiyə Xarici İşlər Nazirliyində çalışıb.
Öz missiyasını başa vuran İsmayıl Alpər Coşqun Türkiyə-Azərbaycan münasibətləri tarixində necə səfir kimi yadda qaldı?
Azəri-Türk Qadınlar Birliyinin rəhbəri Tənzilə Rüstəmxanlı “Bakı-Xəbər” qəzetimizə açıqlamasında bildirdi ki, Türkiyə ilə Azərbaycan arasında münasibətlər elədir ki, onun daha da yaxşılaşdırılmasına təcrübəli diplomatların gərgin zəhməti tələb olunmur:

“Geri çağırılıbsa, ona uğurlar arzulayıram. Yəqin ki, vaxtı çatdığı üçün geri çağırılıb. Burada başqa səbəb görmürəm. Biz burda Türkiyənin bütün səfirlərilə yaxın münasibətdə olmuşuq. Ümid etmək istəyirəm ki, yeni səfir daha çevik olacaq”.
Beynəlxalq Diaspor Mərkəzinin rəhbəri İsmayıl Ağayev qəzetimizə açıqlamasında bildirdi ki, hər bir səfir təmsil olunduğu ölkənin siyasətini yerinə yetirir:

 

“Səfirlərin fəaliyyətində şəxsi göstəricilər birqədər arxa plana keçmiş olur. Bu baxımdan da Türkiyənin Azərbaycanda işləmiş bütün səfirlərinin fəaliyyətini yüksək qiymətləndirirəm. Hazırda geri çağırılan Alpər Coşqun da öz missiyasını layiqincə başa vurdu. Tez-tez təşkil etdiyi tədbirlərə bizi də dəvət edirdi. Dəfələrlə yaxından təmaslarımız olub. Mən onu yaxşı insan, öz işini layiqincə yerinə yetirən bir diplomat kimi xarakterizə edərdim. Ümidvaram ki, yeni təyin olunan səfir də indiyə kimi qoyulan ənənəni layiqincə davam etdirəcək. Hər ikisinə gələcək fəaliyyətlərində uğurlar arzulayıram”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın