Çərşənbə , İyun 26 2019
Ana səhifə / Siyasət / Almaniyada azərbaycanlı tələbələrə irqçi hücum

Almaniyada azərbaycanlı tələbələrə irqçi hücum

Almaniyada təhsil alan üç azərbaycanlı tələbə Meklenburq-Ön Pomeraniya əyalətinin Rostok şəhərində küçədə hücuma məruz qalıb.

Virtualaz.org DW-yə istinadən bildirir ki, bu barədə yerli polis məlumat yayıb.

Bildirilir ki, hadisə sentyabrın 1-də baş verib, polis isə bu barədə sentyabrın 2-də məlumat yayıb.

Belə ki, şənbə günü şəhərarası elektrik qatarını gözləyən üç azərbaycanlı gəncə qadınla kişi-ər və arvad  yaxınlaşıb. Onlar irqçi süarlar səsləndirərək, həmyerlilərimizi təhqir ediblər.

Daha sonra kişi tələbələrdən birinə dəyənəklə zərbə endirib və cütlük hadisə yerini yaxınlaşan qatarla tərk edib.

Rostok polisi araşdırmaya başlayıb və insidentin şahidlərini axtarır.

Digər bir məlumata görə, tələbələrdən biri baş verənləri əvvəldən axıradək lentə ala bilib və onu polisə təqdim edib.

Həmçinin oxuyun

Pakistan prezidenti azərbaycanlı səfirlə Qarabağı müzakirə edib

Pakistan Prezidenti Arif Alvi Azərbaycanın bu ölkədəki səfiri Əli Əlizadəni qəbul edib.  Qəbula görə təşəkkürünü …