Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / “Almaniya mətbuatında Azərbaycan diktaturanın hökm sürdüyü despotik bir ölkə kimi təqdim edilir” – PREZİDENT

“Almaniya mətbuatında Azərbaycan diktaturanın hökm sürdüyü despotik bir ölkə kimi təqdim edilir” – PREZİDENT

“Almaniya mətbuatında Azərbaycan guya azadlıqların təmin olunmadığı, insanların öz fikirlərinə görə həbs olunduğu, diktaturanın hökm sürdüyü despotik bir ölkə kimi təqdim edilir”.
Bunu Prezident İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
““Bu, tamamilə yalandır və mən bundan təəssüf hissi keçirirəm” deyən Prezident İlham Əliyev bunu həmin yazıların müəlliflərinin özlərinin də yaxşı bildiyini vurğulayıb və qeyd edib ki, Azərbaycanda bir neçə ildir fəaliyyət göstərən Almaniya səfiri də ölkəmizdə gedən proseslərin şahididir. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan haqqında bilərəkdən çox mənfi təəssürat yaradılır. Dövlət başçısı dedi: “Bütün bunlar bizim həyata keçirdiyimiz işlərə mane ola bilərmi?! Xeyr! Biz istər ərazi bütövlüyünün bərpası, istər iqtisadi gündəliyimizlə bağlı öz xalqımızın, ölkəmizin rifahı naminə işlər görürük”, – Prezidentin Mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …