Cümə , Fevral 3 2023
Ana səhifə / Siyasət / Allahşükür Paşazadə ilə Patriarx Kirill görüşdü

Allahşükür Paşazadə ilə Patriarx Kirill görüşdü

Moskvada səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüb.
Rusiyanın Patriarxı Kirill Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəni səmimi salamlayaraq şəxsi görüşlərin əhəmiyyətini vurğulayıb.

“Biz sizinlə mütəmadi görüşürük və düşünürəm ki, bu görüşləri davam etdirmək lazımdır. Belə görüşlər münasibətlərdə xeyirxah ab-hava yaradır, dövlətlərarası münasibətlərə, eyni zamanda, təəssüf ki, indiyədək həll olunmamış məsələlərin həllinə müsbət təsir göstərir. 30 ildən çoxdur belə format davam edir. Hesab edirəm ki, xüsusilə də münaqişələr zamanı biz vəziyyətə müsbət təsir göstərmək üçün səylərimizi artırmalıyıq ki, real nəticə əldə edək və vəziyyəti yaxşılığa doğru dəyişək”, deyə Partiarx vurğulayıb.

Görüşün sonunda Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Moskvanın və bütün Rusiyanın Patriarxına xalça üzərinə həkk olunmuş portretini hədiyyə edib.

Həmçinin oxuyun

“Şeyx İranın Azərbaycan dövlətinə qarşı atılan xəyanətkar addımına…” – Deputat

“Şeyxin bir zamanlar münasibətlərin normallaşması üçün dediyi fikirləri konteksdən çıxarmağa gərək yoxdur. Çünki münasibətlər artıq …