Çərşənbə axşamı , Sentyabr 21 2021
Ana səhifə / Siyasət / “Allah eləməsin, sizə hakimiyyət qismət olsa ölkəni belə idarə edəcəksiniz?”

“Allah eləməsin, sizə hakimiyyət qismət olsa ölkəni belə idarə edəcəksiniz?”

“Siyasi sədrlərimizin çox naz-qəmzəli olduqlarını bilirəm. Birinin “lider” bildiyi bir adamını tənqid edirik, “lider”i telefonumuzu götürməyi əl buyruqçusu olan “sədr”inə qadağan edir”.

Bunu Xural TV-nin rəhbəri Əvəz Zeynallı deyib. O, bildirib ki, başqa birisinə ayda iki dəfə efir verib, amma yenə də naz edir:

“İndi baxıram 6 nəfərlik canlı yayını olan hökumət efirlərindən düşmür. Biri “suallarından qorxuram” deyir – Allah qoymasa adına siyasətçi deyir. 

Başqa birisinə efir qadağası qoyurlar, efirə çağırıram, qadağası bitməyib deyə gəlmir. Olsun, hamısını anlayıram – çünki bunların uğursuz fəaliyyətlərinin nəticəsində Azərbaycanın niyə bu qədər bədbəxt oluduğunu bilirəm.

Bu gün bir başqa “dahi” siyasətçimiz Xural TV-nin əməkdaşını 45 dəqiqə gözlədib, sonra da evdən çağırıblar gedib, bizi yola verib yəni. Bilirsinizmi, niyə gözlədib “dahi” dostumuz əməkdaşımızı? Nərd oynayırmış, yarımçıq qoymaq istəməyib… 

Adamın qanı donur, a kişi, siz partiyanın qərargahında nərd oynayırsınız?! Prezident olmaq istəyən birisi 2003-cü ildə hind filmlərinə baxırdı kabinetində – millət də bunun prezident olması üçün meydanlarda canını çıxarırdı. 

Siz ölkəni belə idarə edəcəksiniz – Allah eləməsin, sizə hakimiyyət qismət olsa? Nərd oynaya-oynaya?!

Bizə hörmət etmədiyiniz məlumdur, bunu bütün hərəkətlərinizdə müşahidə edirik. Heç olmasa bu millətə, onun dərd içində yaşamasına hörmət edin, bizə belə hörmətsiz davranmayın… Ayıb deyilmi?! 

Sizə efir verir, sizi böyüdür, bu millətə sözünüzü deməyiniz üçün başımıza qan çanağı götürüb gəzirik, mükafatımız bu olmamalıdır axı”.

Həmçinin oxuyun

“Onlar bizim əsəblərimizlə oynamağa çalışır” – Fəzail Ağamalı

“Erməni faşizmi üzərində 44 günlük tarixi qələbəmiz saxta Ermənistan “dövlətinə” ağır və sarsıdıcı zərbə vursa …