Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Alim Qasımovun oğlu qəzaya düşdü – 3 yaralı

Alim Qasımovun oğlu qəzaya düşdü – 3 yaralı

Xalq artisti Alim Qasımovun oğlu avtomobil qəzasına uğrayıb.

 

“Kanal S” (Region TV) məlumat verir ki, hadisə Bakı-Şamaxı-Yevlax magistral yolunun 119-cu km-liyində, Şamaxı rayonunda baş verib. Belə ki, yolun ortasında manevr edərək əks yola keçmək istəyən “İsuzu” markal avtobus arxadan gələn “Mercedes” markalı minik avtomobili ilə toqquşub.

Avtomobilinin sürücüsü A.Qasımovun oğlu Qadir Qasımov yüngül xəsarət alıb. Avtobusun sürücüsü Vidadi İsgəndərov və sərnişini isə Şamaxı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onların vəziyyəti normaldır.

Faktla əlaqədar Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılır. Hadisənin dəqiq səbəbləri aparılacaq avtoekspertizanın rəyindən sonra müəyyənləşəcək.

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …

Bir cavab yazın