Cümə axşamı , İyun 1 2023
Ana səhifə / Cəmiyyət / Ali Məclisdən hansı qərar çıxacaq? – Gözlər Naxçıvanda

Ali Məclisdən hansı qərar çıxacaq? – Gözlər Naxçıvanda

Naxçıvan Ali Məclisi toplanır

Bu gün Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin 5-ci sessiyasının iclası çağrılıb. İstiPress-in əldə etdiyi məlumata görə, iclasın gündəliyində konstitusiyaya dəyişiklik edilməsi, 2016-cı ilin büdcəsinin icrasının təsdiqi məsələlərinin müzakirəsi daxildir.

Qeyd edək ki, dünən ölkə mətbuatı Ali Məclisin fövqəladə sessiyasının çağırıldığı barədə məlumat yaymışdı. Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun vitse-prezident təyin ediləcəyi, konstitusiyaya da dəyişikliklərin məhz bu səbəbdən ediləcəyi qeyd edilirdi.

Məlumatlara görə, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər Azərbaycanın idarə sistemində dəyişikliklərlə – vitse-prezident institutunun tətbiqi ilə bağlıdır.

Azinforum.az

Həmçinin oxuyun

“Testlə müəllimin savadını yoxladın, bəs tərbiyəsini necə müəyyən edəcəksən?“

“Bu gün mərkəzində olan məsələ müəllimlərin sertifikasiyasıdır”.  Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu …

Bir cavab yazın