Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / “Alfa Sığorta” müflis elan edilib – BÖHRAN

“Alfa Sığorta” müflis elan edilib – BÖHRAN

Lisenziyası ləğv edilmiş “Alfa Sığorta” ASC baş verən sığorta hadisələrinə görə hələ ödəniş etmir. Bunu “Report”a Şirkətdən deyiblər.
Məlumata görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin avqustun 29-da qəbul etdiyi qərarla “Alfa Sığorta” müflis elan edilib. Hazırda Şirkətdə Ləğvetmə Komissiyası yaradılır.
“Sığorta hadisəsi baş verdikcə, biz onları aktlaşdırırıq və növbəyə salırıq. Ləğvetmə Komissiyası fəaliyyətə başlayan kimi şirkətin aktivləri satılacaq və öhdəliklər yerinə yetiriləcək”, – deyə sığorta şirkətindən qeyd ediblər.
Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası “Alfa Sığorta”nın lisenziyasını avqustun 26-da ləğv edib. Buna səbəb onun 100% səhmdarı olan “Texnikabank” ASC-nin lisenziyasının ləğv edilməsidir.
Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondu kredit təşkilatının öhdəliklərini yerinə yetirmək üçün “Alfa Sığorta”nı satmağa qərar versə də, onu almaq istəyən olmayıb. Buna görə də, sığorta şirkətinin lisenziyasının ləğv edilməsinə qərar verilib.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın