Cümə , Aprel 12 2024
Ana səhifə / Siyasət / Alen Simonyandan SÜLH açıqlaması 

Alen Simonyandan SÜLH açıqlaması 

“Türkiyə Böyük Millət Məclisi sədrinin Ermənistanın Türkiyə və Azərbaycanla sülh şəraitində yaşamaqdan başqa şansı olmadığını deməsi Azərbaycan-Ermənistan danışıqlarına təsir göstərmək üçündür”.

Bu barədə jurnalistlərlə söhbətində Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.

“Bu bəyanatda ritorikanı bir kənara qoysaq, mən də Azərbaycan və Türkiyə ilə sülh şəraitində yaşamağın əleyhinə deyiləm. Əgər kimsə başqa variant təklif edərsə, mən buna qulaq asmaram”, – deyə Simonyan söyləyib.

Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında münasibətlərdə irəliləyiş var.

“Görüşürlərsə, demək ki, var”, – deyə Simonyan başqa sahələrdə geriləmə olduğunu da deyib.

Həmçinin oxuyun

“Erməni xalqım hansısa dəhşətli dövrdən, cəhənnəmdən keçir”

“İndi mənim sevimli Ermənistanım, erməni xalqım hansısa dəhşətli dövrdən, cəhənnəmdən keçir”. Bunu Kremlin ən tanınmış …