Çərşənbə axşamı , Noyabr 29 2022
Ana səhifə / Siyasət / Aleksandr İsgəndəryan: “Bakıya sülh yox, Qarabağ lazımdır”

Aleksandr İsgəndəryan: “Bakıya sülh yox, Qarabağ lazımdır”

Soçidə keçirilən üçtərəfli görüşə erməni tərəfinin münasibəti də maraq doğurur.

“Soçidə söhbət sülh müqaviləsindən və bu müqavilədə kommunikasiyaların açılmasından, Ermənistan və Azərbaycan arasında sərhədlərin müəyyənləməsindən və “Artsax”ın (Qarabağın – red) taleyindən gedib”.

Musavat.com xəbər verir ki, bunu erməni medaiasına müsahibəsində tanınmış politoloq Aleksandr İskəndəryan deyib. Onun sözlərinə görə, guya əslində Bakıya sülh yox, Qarabağ lazımdır.

“Artıq iş dalana dirənib. Ona görə də hesab edirəm ki, indi, yəni bir neçə il konteksində ən yaxşı variant münaqişənin silahdan istifadə yolu ilə deyil, danışıqlar masası arxasında həll olunacağı vəziyyətə gətirməkdir. 2020-ci ildən sonra biz tamamilə yeni bir vəziyyət görürük. Bu prosesə yenidən girməliyik. Biz bunu hələ etməmişik. Ermənistan əvvəlcə vəziyyəti düzəltməyə kömək edəcək davranış variantını seçməyə, sonra isə yoluna davam etməyə çalışır”,-deyə İsgəndəryan bildirib.

Həmçinin oxuyun

Mirkazım Seyidov: “Lukaşenko Ermənistanın regiona kənar qüvvələri cəlb etməklə bağlı oynadığı oyunu açıq mətnlə ifşa edib”

Ermənistan Azərbaycanla sərhəddə Aİ-nin mülki monitorinq missiyasının işini genişləndirməyə və vaxtını uzatmağa  ümid edir. Bunu parlamentdə …