Ana səhifə / Siyasət / Aksiyalar Qarabağa da keçdi

Aksiyalar Qarabağa da keçdi

Ermənistanda davam edən etiraz aksiyaları işğal altında olan Dağlıq Qarabağa da sıçrayıb.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

“Respublika Partiyasının yaradılması üzrə təşəbbüs qrupu adından bəyan edirik ki, sizin başladığınız hərəkata dərindən rəğbət hissi bəsləyir, enerjinin qiymətlərinin tənzimlənməsi, bütövlükdə iqtisadiyyat sahəsində ədalətin bərqərar olunması yolundakı səylərinizi dəstəkləyirik” – deyə özünü “Artsaxın Respublika Partiyası” adlandıran təşəbbüs qrupunun Ermənistanda davam edən mitinqlərin təşkilatçılarına xitabən yaydığı bəyanatda bildirilir.

Təşəbbüs qrupunun həmsədrləri Karen Oqacyan və Arevik Petrosyanın imzaladığı bəyanatda daha sonra deyilir: “Biz burada – Qarabağda sizin haqlı tələblərinizə qoşuluruq. Ümid edirik ki, sizin dinc aksiyalar erməni xalqının özünüdərk səviyyəsini yüksəldəcək”.

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …

Bir cavab yazın