Bu gün Türkiyə parlamentində təmsil olunan üç əsas partiyanın lideri baş nazir iqamətgahında müzakirələr aparacaq.
Avropa.info xəbər verir ki, mətbuata qapalı keçirilən görüş Türkiyə vaxtı ilə saat 10:00-da başlayıb.
Birlik və həmrəyliyin ruhunun davam etdirilməsi təşkil olunan görüşdə FETÖ-nün çevriliş cəhdi, terrorla mübarizə, konstitusiya paketi kimi mövzular müzakirə olunacaq.
Qeyd edək ki, daha əvvəl CHP və MHP liderləri baş nazir Binəli Yıldırımla təkbətək görüşmüşdü.