Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / “Akkord”da qiyam: komendantlar liftləri bağlayıb – Rəzalət

“Akkord”da qiyam: komendantlar liftləri bağlayıb – Rəzalət

“Akkord” tikinti şirkətinin paytaxtın Bakıxanov qəsəbəsində yerləşən binalarında özbaşınalıq hökm sürür Şikayət edən sakinlərin sözlərinə görə,komendantlar qanunsuz olaraq liftlərin fəaliyyətini məhdudlaşdırıb. Sakinlərin imkansızlıqdan bəzilərinin kommunal ödənişləri gecikdirməsi, bəzilərinin borcunun qalmasına görə hər binada 3 liftdən ikisi bağlanıb. Şirkətin “Uğur-2” yaşayış kompleksində 8 bina yerləşir. Burada təxminən 2 mindən çox insan yaşayır. Vətəndaşların dediyinə görə, hər zaman kommunal ödənişlər vaxtında verilib. Lakin iqtisadi böhran və işsizlik bu il ödənişləri etməkdə çətinlik yaradıb. Komendantlar isə sakinlərə təzyiq etmək adı ilə liftlərin ikisini qapadıb. Onlar nəzərə belə almayıb ki, burada xəstə, qoca, körpəsi olan ailələr yaşayır. Belə bir gestapo və dərəbəylik sistemi quran komendantlara görə “Akkord” rəhbərliyi heç bir tədbir görmür. Sakinlər etiraz aksiyası keçirməyə hazırlaşır. Onlar bildirirlər ki, 8 binanın hər birinə baxış keçirmək lazımdır. Komendantların özbaşınalığı ucbatından və diqqətsizlikdən liftlər xarabdır, tez-tez sıradan çıxır, mərtəbələrin əksəriyyətində qapılar qoyulmayıb, işıqlandırma sistemi bərbaddır. Redaksiyamız vasitəsi ilə “Akkord” rəhbərliyinə və prezidentə müraciət edən sakinlər tezliklə tədbir görülməsini xahiş edir. Onların dediyinə görə, komendantların rəhbəri olan şəxsin deyəsən ailəsi bu binalarda yaşamır: “19 mərtəbəli binada bir lift işləyir. Hər gün binaların bütün sakinləri bir liftin ümidinə qalır. Biabırçı vəziyyətdir. Onlar o qədər özbaşınadır və heç bir şeyi nəzər almır ki burada yaşlı, körpəsi olan var. Kimsə qaçmır ki, imkan düşdükcə kommunal ödənişlər olacaq. Üstəlik, belə bir inzibati cəza növü tamamilə qanunsuzdur”. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın