Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / ‘Akkord Beton’un rəhbərinin ölkədən çıxışı məhdudlaşdırılıb

‘Akkord Beton’un rəhbərinin ölkədən çıxışı məhdudlaşdırılıb

“Akkord Beton” MMC-nin rəhbəri Uğur Babayevin ölkədən getmə hüququ məhdudlaşdırılıb.
 
“APA-Economics” xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin açıqladığı məlumatda deyilir.
Bildirilir ki, “Akkord Beton” MMC vergi borcu olan vergi ödəyicilərin siyahısında yer alıb. Bu səbəbdən hüquqi şəxsin icra orqanının rəhbəri kimi U. Babayevin ölkədən getmə hüququ məhdudlaşdırılıb.
Vergi ödəyicisinin borcu açıqlanmayıb.
Qeyd edək ki, “Akkord Beton” MMC “Akkord” korporasiyasının törəmə müəssisəsidir.
Sosial səhifələrdə paylaş

Həmçinin oxuyun

“G7” ölkələrindən Bakı və Yerevana çağırış

“G7” ölkələri Bakı və Yerevanı davamlı sülhə nail olmağa çağırıb. Qurum bölgədə gərginliyin yolverilməz olduğunu …

Bir cavab yazın