Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / Akif Nağı Milli Qəhrəmanı qapıda saxlayan rektoru “səviyyəsiz” adlandırdı — QALMAQAL

Akif Nağı Milli Qəhrəmanı qapıda saxlayan rektoru “səviyyəsiz” adlandırdı — QALMAQAL

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Milli Qəhrəman Məhəmməd Həsənovun Bakı Slavyan Universitetinə buraxılmamasına etiraz edib. 

A.Nağı Ölkə.Az-a açıqlamasında deyib ki, Məhəmməd Həsənov kimi ləyaqətli insana qarşı edilən bu cür hörmətsizlik yolverilməzdir:

“Mən Milli Qəhrəman Məhəmməd Həsənovu şəxsən tanıyıram. Məhəmməd Həsənov çox ləyaqətli və şəxsiyyətli insandır. O, şərəfli döyüş yolu keçib, Qarabağ müharibəsi dövründə də kifayət qədər qəhrəman kimi tanınıb. Onun işğalçı ermənilərə qarşı qəhrəmanlığı hamıya məlumdur. Vaxtilə Qarabağ Azadlıq Təşkilatı yaradılan zaman təşkilatın ilk üzvlərindən biri olub, QAT-ın Goranboy rayon təşkilatına rəhbərlik edib. Sonralar isə müəllimliklə məşğul olduğu üçün ictimai-siyasi fəaliyyətdən uzaqlaşıb”.

A.Nağı qeyd edib ki, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edən hər bir insana xüsusi diqqət göstərilməlidir:

“Xüsusilə də Milli Qəhrəmanlara qarşı xüsusi diqqət və qayğı daha çox olmalıdır. Çünki Məhəmməd Həsənov öz canı və qanı bahasına bu adı alıb. Hesab edirəm ki, hər hansı ali təhsil müsəssisəsi və ya digər qurumların rəhbərləri tərəfindən Milli Qəhrəmanlara qarşı edilən bu cür hörmətsizlik çox böyük səviyyəsizlikdir. Əgər bir ali məktəb rəhbəri bunu edirsə, digərlərinə nə deyəsən? Həmin rektor Milli Qəhrəmanı qapıda saxlamaqla çox böyük səviyyəsiz hərəkətə yol verib. İndi görün, o ali məktəbdə vəziyyət nə yerdədir? Milli Qəhrəmanlara qarşı diqqət və qayğı göstərilməsinin cəmiyyətə aşılanması məhz təhsil ocaqlarından başlamalıdır. Ancaq ali məktəblər Milli Qəhrəmanlara heç qapıdan içəri buraxmırlar. Mən rektor tərəfindən edilən bu cür ciddi səhvin dərhal aradan qaldırılmasını tələb edirəm. Həmin rektor Milli Qəhrəmandan üzr istəsin!”.

Xatırladaq ki, Milli Qəhrəman Məhəmməd Həsənovun Bakı Slavyan Universitetinə rəhbərlik tərəfindən buraxılmaması mətbuatda səs-küyə səbəb olub.

Həmçinin oxuyun

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasının ildönümüdür

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il keçir. 2023-cü il aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası …

Bir cavab yazın