Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Akif Çovdarovun məhkəməsi yenə təxirə salındı

Akif Çovdarovun məhkəməsi yenə təxirə salındı

Vəkil Kamandar Nəsibov jurnalistlərə bildirib ki, məhkəmə onun vəsatətini təmin edib və növbəti prosesi noyabrın 10-na qədər təxirə salıb.

*   *   *13:09

Bu gün Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrlik etdiyi proses jurnalistlərin iştirakı olmadan keçirilir. Bununla belə, virtualaz.org-un müxbiri prosesdə iştirak edənlərə istinadən bildirir ki, A.Çovdarovun vəkili Kamandar Nəsibov məhkəmənin yenidən təxirə salınmasını istəyib. K.Nəsibov fikrini cinayət işinin yalnız 41 cildini oxuya bilməsi ilə əsaslandırıb və digər 19 cildlə tanış olmaq üçün vaxt istəyib.

Məhkəmə heyəti bu dəqiqələrdə vəsatətə baxmaq üçün fasilə elan edib və müşavirəyə yollanıb.

Qərarın yaxın yarım saat ərzində elan olunacağı gözlənilir.

Onu da xatırladaq ki, bu iş üzrə məhkəmənin hazırlıq iclası 3 dəfə təxirə düşüb.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın