Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Siyasət / Akif Çovdarovun məhkəməsi serial kimi uzanır – yeni vəkil işə qoşulub

Akif Çovdarovun məhkəməsi serial kimi uzanır – yeni vəkil işə qoşulub

Akif Çovdarov yeni vəkillə müqavilə bağlayıb. Bununla da məhkəmə prosesinin yenidən uzadılması mərhələsi başlayır.
Musavat.com xəbər verir ki, bu gün Sabunçu Rayon Məhkəməsində saat 15:00-a təyin olunan məhkəmə prosesi demək olar ki, baş tutmayıb.
Ötən prosesdə vəkillərindən imtina etdiyini deyən Akif Çovdarovun yaxınları vəkil Şahin Rəfiyevlə müqavilə bağlayıb.
Məhkəmə prosesinə gələn vəkil orderi hakimə təqdim edib.
Akif Çovdarovun imtina etmək istədiyi Kamandar Nəsibovmusavat.com-a bildirib ki, noyabrın 17-nə təyin olunan prosesdə yeni vəkilin orderi və Çovdarovun onlardan imtina ərizəsinə baxılacaq.
Yeni vəkil Şahin Rəfiyev isə musavat.com-a bildirib ki, əgər işə qoşulmasına icazə veriləcəksə, o, məhkəmədən cinayət işinin materialları ilə tanış olmaq üçün vaxt istəyəcək.
Bununla da məhkəmə prosesinin başlaması yenə də uzanacaq. Çünki bundan əvvəlki 3 prosesdə digər vəkillər cinayət işi materialları ilə tanış olmaq üçün bir aydan artıq vaxt istəmişdilər.
Qeyd edək ki, işin bu şəkildə uzadılmasına Çovdarovla birlikdə təqsirləndirilən 3 MTN əməkdaşının vəkilləri etiraz etmişdilər.
Çovdarov bugünkü məhkəməyə də oksigen balonu və həkim nəzarəti ilə gətirilib.
Kamandar Nəsibov deyib ki, Çovdarov dərman içir, ancaq yemək və su içmir.
Bildirək ki, A.Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıb.
Çovdarov və digər 3 nəfərin cinayət işinə Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi, hakimlər Elbəy Allahverdiyev və Müslüm Əliyevin iştirakı ilə baxılır.

Həmçinin oxuyun

Moskva görüşünün tarixi açıqlandı

Yanvarın 30-da Moskvada Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Rusiya hökuməti sədrinin müavini Aleksey Overçuk və Ermənistan baş …

Bir cavab yazın