Çərşənbə axşamı , İyul 23 2019
Ana səhifə / Siyasət / Akif Çovdarovdan Azərbaycana daha bir zərbə

Akif Çovdarovdan Azərbaycana daha bir zərbə

Avropa Məhkəməsi jurnalist Aqil Xəlilin işi üzrə qərar qəbul edib. Qərara əsasən Azərbaycan hökuməti jurnalistə 28 min avro təzminat ödəməlidir.

Avopa.info xəbər verir ki, bu barədə “Azadlıq” radiosuna vəkil Rəşid Hacılı məlumat verib. Vəkil bildirir ki, Azərbaycan hökuməti Aqil Xəlilə qarşı bütün hüquq pozuntularını etiraf edib, bunlarla bağlı araşdırma aparacağını və 28 min avro kompensasiya ödəniləcəyini vəd edib.

Qeyd edək ki, Azərbaycan hökuməti proses vaxtı Aqil Xəlilin işi ilə bağlı məhkəmənin 15 sualını cavablandırıb. Xatırladaq ki, tənqidi yazıları ilə tanınan Aqil Xəlil 2008-ci ilin fevralında Bakıdakı zeytun bağlarında ağacların kəsilməsini lentə alarkən Milli Təhlükəsizlik Nazirliyinin Baş İdarə rəisi, polkovnik Akif Çovdarov və həmin idarənin əməkdaşı Dağbəyi Allahverdiyev tərəfindən hücuma məruz qalmışdı.

Nəticədə jurnalist döyülmüş, üz, əl, sinə, baş nahiyəsindən xəsarətlər almış və barmağı sındırılmışdı. Bu hücum anı yoldan keçən şəxslər tərəfindən lentə alınaraq internetə qoyulmuşdu. Bundan sonra jurnalist A.Çovdarov tərəfindən təqib olunmuş, dəfələrlə hədələnmiş və ölkədən çıxmasına qanunsuz əngəllər yaradılmışdı. Son nəticədə isə journalist ölkəni tərk etməyə nail olmuşdu.

“Azadlıq” qəzetinin keçmiş əməkdaşı Aqil Xəlil hazırda Fransada mühacirətdə yaşayır.

Həmçinin oxuyun

“Əli Həsənov barədə bu iddialar doğru deyil” – PA yetkilisi

Bəhruz Həsənov: “Prezidentinin köməkçisi haqqında yanlış rəy formalaşdırmaq üçün qondarma faktlar yayırlar” “Meydan TV”-ni idarə …

Bir cavab yazın