Çərşənbə , May 27 2020
Ana səhifə / Siyasət / Akif Çovdarova bağlı bankın rəhbərliyi dəyişdirilir

Akif Çovdarova bağlı bankın rəhbərliyi dəyişdirilir

Fevralın 27-də “DəmirBank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, iclasda Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi məsələsi müzakirə olunacaq. Dəyişikliyin nədən və kimdən, həmçinin hansı səbəbdən edilməsi haqda hələlik heç bir məlumat yoxdur.

Xatırladaq ki, “DəmirBank”ın adı son vaxtlar MTN işi ilə hallanıb. Belə ki, ötən ay Akif Çovdarovun kürəkəni, bankın şöbə rəisi Rəşad Əmircanov işdən azad edilib. İddialarda bildirilir ki, R. Əmircanov “Dəmirbank”ın İdarə Heyətinin sədri Roman Əmircanovun yaxın qohumudur. Və Roman Əmircanov vasitəsi ilə külli miqdarda maliyyə vəsaiti leqallaşdırılaraq həmin pullar “Qafqaz İnkişaf Bankı”nın Tiflis fililalına köçürüb. Buna görə Roman Əmircanovun ciddi nəzarət altında olduğu və həbs edilə biləcəyi haqda xəbər yayılmışdı.

Lakin bu xəbələr bank tərəfindən təkzib olunmuşdu: “Bankımız normal qaydada fəaliyyətini davam etdirir, Roman Əmircanov həmişəki kimi işə gəlib-gedir. Yazılanlarda yalnız o doğrudur ki, Roman Əmircanov və Rəşad Əmircanov həqiqətən qohumdurlar. Bankın fəaliyyətinin araşdırılması, Roman müəllimin nəzarət altına alınması qətiyyən doğru deyil”.

Onu da əlavə edək ki, Dəmirbank-ın AG Bankla birləşdiriləcəyi haqda da məlumatlar yayılıb.

Həmçinin oxuyun

“Katib dedi ki, yarım saata Qarabağın Ermənistana verilməsi barədə fərmanı imzala” — Əbdürrəhman Vəzirov

“Bu günə qədər ermənilər zəlzələ yerinə xilasedici itlərlə gələn fransızları tərifləyirlər, hamıya təşəkkür edirlər, bir …

Bir cavab yazın