Bazar ertəsi , İyul 22 2019
Ana səhifə / Siyasət / Akif Çovdarov vəkildən imtian etdi- proses təxirə salındı – (Yeniləndi)

Akif Çovdarov vəkildən imtian etdi- proses təxirə salındı – (Yeniləndi)

Akif Çovdarovun məhkəməsi təxirə salınıb. Buna səbəb Çovdarovun vəkilinin nəhkəmə prosesində iştirak edə bilməməsi olub.
Musavat.com xəbət verir ki, təqsirləndirilənlərdən Akif Əliyevin vəkili Cavid Rzazadə jurnalistlərə bildirib ki, Çovdarovun vəkilləri məhkəmə ilə bağlı məlumatlandırılmayıb.
A.Çovdarov dövlət hesabına təyin edilmiş vəkildən imtina edib.
Proses oktyabrın 4-də təyin edilib.
Vəkil bildirib ki, cinayət işi üzrə 60 nəfər zərərçəkmiş kimi tanınıb. İş üzrə şahidlərin sayı 300 nəfərdən çoxdur.
 
 
*    *    *    *
 
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun və onunla birgə tutulan digər 4 sabiq MTN-çinin işi üzrə məhkəməyə hazırlıq iclası bu gün keçirilir.
Musavat.com xəbər verir ki, cinayət işinə Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi, hakimlər Elbəy Allahverdiyev və Müslüm Əliyevin iştirakı ilə baxılır
Musavat.com-un məhkəmə binası qarşısında olan müxbiri xəbər verir ki, proses saat 11-ə təyin edilsə də jurnalistlər məhkəmə binasına buraxılmır.
Məhkəmə prosesinin başlaması haqda və ya başqa bir məlumat verilmir. Giriş qapısında olan məzarətçilər bildirir ki, bu barədə onlara göstəriş verilib.
“Rəsmi göstəriş var ki, jurnalistləri buraxmayaq”- deyə nəzarətçilər bildirib.
Məhkəmənin başlaması haqda dəqiq məlumat verilməsə də, özlərini Akif Çovdarovun qohumları kimi təqdim edən şəxslər zala buraxılıb. Onlar jurnalistlərin suallarını cavablandırmaq istəməyiblər.
Qeyd edək ki,  əvvəl məhkəmənin Bakı Hərbi Məhkəməsinin binasında keçiriləcəyi bildirilsə də, sonradan qərar dəyişdirilib.
Məhkəmənin keçiriləcəyi yerin dəyişdirilməsinin səbəbi  Sabunçu Rayon Məhkəməsinin inzibati binasında məhkəmə zallarının geniş və daha müasir şəraitdə təchiz olunması ilə bağlıdır.
Qeyd edək ki, A.Çovdarov ötən ilin noyabr ayında həbs edilib. Həmin vaxt Səbayel Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçib. Sonradan həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb. O, Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur.
A.Çovdarov və MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən təsdiq edilərək sentyabrın 5-də aidiyyəti üzrə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.





Həmçinin oxuyun

QMİ-nin Gürcüstan nümayəndəliyi Keşikçidağla bağlı bəyanat yaydı

“Azərbaycan və Gürcüstan xalqları arasında əsrlər boyu tarixi dostluq və qardaşlıq münasibətləri mövcud olub. Əsrlərin …

Bir cavab yazın