Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / “Akif Çovdarov qəddar olub, Hacı Məmmədov? – Deputat: “O, sonsuz dərəcədə yaramazlıq edib”

“Akif Çovdarov qəddar olub, Hacı Məmmədov? – Deputat: “O, sonsuz dərəcədə yaramazlıq edib”

“Akif Çovdarovla Hacı Məmmədov vətəndaşların nəzərində və xatirələrində eyni şəxs deyil. Cinayət qanunvericiliyində törətdikləri əməllər oxşar maddələr ilə aparılsa da, portretləri tamailə fərqlidir”.
Bu sözləri Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc Modern.az-a açıqlamasında deyib.  Zahid Oruc Hacı Məmmədovun törətdiyi cinayətlərin çox qəddar və ağır olduğunu deyib. “Düzdür, çox şəxslərə qarşı qeyri-insani hərəkətlər etmişdi. Lakin bununla bərabər maraqlıdır ki, cəmiyyətdə də Hacı Məmmədova tamamilə fərqli bir fəlsəfi, romantik, bir az da qədim rəssamların dünyasına yaxın aləmi varmış kimi baxılır. Özünü məhkəmə prosesində aparmasına, törətdiyi cinayətləri açıq şəkildə öz üzərinə götürməsinə və başqa şəxslərin üzərinə atmamasına, istintaq qarşısında müxtəlif formalı xəstəlikləri və s. nümayiş etdirməməsinə görə ona qarşı münasibət qəribədir ki fərqlidir”.
Zahid Orucun fikrincə, Akif Çovdarov insanların həddindən artıq nifrətini qazanıb.
“Akif Çovdarovun törətdiyi əksər əməllər iki amili özündə birləşdirir. Sonsuz dərəcədə tamah və bunun çox qəddarlıq, yaramazlıqla nümayiş olunması. Bu bir faktdır. Məsələyə daha kökündən baxsaq, Hacı Məmmədovun əməllərinin ifşa olunması o dövrdəki təhlükəsizlik orqanlarının bu millətin təhlükəsizliyinə, əminamanlığına, sabitliyə qayğısından irəli gəlmirdi. Niyyətin tam başqa olduğu dəqiqdir. Hacı Məmmədovun ifşası da məhz bu qəbildən baş vermişdir ki, daha böyük şəxslərə və qüvvələrə qarşı bundan istifadə etsinlər. Hacı Məmmədov da bütün məhkəmə prosesində sona qədər öz əməllərinin sahibi kimi özünü təqdim etdi. Daha Çovdarov kimi xərəkdə məhkəməyə gətirilmədi”.

Həmçinin oxuyun

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasının ildönümüdür

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il keçir. 2023-cü il aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası …

Bir cavab yazın