Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Akif Çovdarov alman həkimlər istəyir (Yenilənib)

Akif Çovdarov alman həkimlər istəyir (Yenilənib)

Akif Çovdarovun vəkili jurnalistlərə bildirib ki, məhkəmədə şahid Tarıyel Əliyev ifadə verib.
O, zərərçəkmiş Şahmar Qurbanovun epizodu üzrə dindirilib. Şahid Çovdarovdan zərər çəkdiyini deyən Şahmar Qurbanovun ona 10 min manat borclu olduğunu deyib.
Musavat.com xəbər verir ki, T.Əliyev özünün Şahmar Qurbanovun zərərçəkmişi olduğunu söyləyib. Şahid deyib ki, Şahmar Qurbanova 10 min manatı öz işi ilə bağlı verib və geri ala bilməyib.
“Məndən ev almaq üçün 10 min alıb. Sonra geri ala bilmədim. Pulu MTN-ə vermək üçün almamışdı”- deyə şahid qeyd edib.
Məhkəmədə Çovdarovun vəkillərinin ekspertizaya əlavə suallar ünvanlanması və xaricdən mütəxəsislər gətirilməsi ilə bağlı vəsatətləri təmin edilməyib.
A.Çovdarov Almaniyada onu əməliyyat edən həkimlərin iştirakı ilə ekspertizadan keçirilməsini istəyib. Lakin onun bu istəyi təmin olunmayıb.
Məhkəmə günün ikinci yarısında davam etdiriləcək.

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın