Ana səhifə / Siyasət / İnstitutu direktoru: “Narazılığın yaranmasına səbəb gecikmələrdir”

İnstitutu direktoru: “Narazılığın yaranmasına səbəb gecikmələrdir”

 

Azərbaycan elmi ictimaiyyətində, xüsusən də elmə yeni gələn gənc kadrlar arasında el arasında “VAK” kimi tanınan Ali Attestasiya Komissiyasının (AAK) fəaliyyəti barəsində birmənalı fikir yoxdur. Bəziləri komissiyanın işini qənaətbəxş saysa da, digərləri müxtəlif bürokratik əngəllərlə üzləşdiyini qeyri-rəsmi söyləyir.
Əsas səbəb kimi isə AAK-ın iş prinsiplərinin modern Avropa və Amerika ilə uzlaşmaması gətirilir.

ABŞ-da hüquq elmləri doktoru dərəcəsini qazanmaqdan ötrü, bir qayda olaraq, öncə bakalavr dərəcəsi almaq, daha sonra 3 illik hüquq fakültəsini uğurla bitirmək, tibb elmləri doktoru dərəcəsini qazanmaq üçünsə əvvəlcə bakalavr dərəcəsini, daha sonra 4 illik tibb fakültəsini və internaturanı (internship) bitirmək vacibdir. Bu məlumata əsasən deyə bilərik ki, Avropa ölkələrində elmi dərəcələri qazanmaq üçün çox vaxt tələb olunur.

Avropa ölkələrində fəlsəfə doktoru dərəcəsi tədqiqat işi aparan alimlərə verilir. Başqa sözlə, fəlsəfə doktoru dərəcəsi almağa iddialı şəxs ciddi tədqiqatçı olmalıdır. İngilisdilli ölkələrdə uzun müddətli və məhsuldar elmi fəaliyyətin qarşılığında verilən fəlsəfə doktoru elmi dərəcəsi ilə yanaşı, bir sıra şərəfli dərəcələr də mövcuddur.

Elmi dərəcələr arasında uyğunluq və ümumilik onun müxtəlif ölkələrdə eyni səviyyədə qəbul ediləcəyinə zəmanət vermir. Məsələn, Rusiya, Ukrayna və digər ölkələrdə, xaricdə alınmış fəlsəfə doktoru dərəcəsi müvafiq ölkənin səlahiyyətli orqanları tərəfindən tanınması prosedurundan keçməlidir.

Modern.az saytı xəbər ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)  ayrı-ayrı institutları və ölkənin bir çox universitetlərinin AAK-ın fəaliyyətini dəyərləndirən yazılarında ilk olaraq AMEA-nın Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutundan başlanır. İnstitutun direktoru  akademik Vaqif Fərzəliyev AAK-ın fəaliyyətini bu cür qiymətləndirir:

“AAK respublikada yüksək ixtisaslı elmi və elmi pedaqoji kadrların attestasiyası sahəsində elmin, təhsilin, mədəniyyətin inkişaf perspektivinin müəyyən edilməsində iştirak edən qurumdur. Dövlət tərəfindən elmi dərəcələr və elmi adların verilməsini təmin edir.

Düzdür, bəzən müəyyən gecikmələr səbəbindən narazılıq yaranır. Buna səbəb isə hər bir sahənin birinin digərindən fərqli olmasıdır. Məsələn, kimya-biologiya, təbiət və humanitar elmlər. Bu sahələr üzrə gedən elmi işlərdə dərəcələrin müəyyənləşdirilməsi vaxt tələb edir. Adətən, bu cür problemlər humanitar və ictimai elmlər bölməsində yaranır. Bölməyə daxil olan çoxsaylı elmi işlərin nəzərdən keçirilməsi və qiymətləndirilməsi müəyyən qədər vaxt aparır. Nəticədə isə bu, narazılıqların yaranmasına gətirib çıxarır.

Humanitar elmlərlə müqayisədə təbiət elmləri bölməsinə daxil olan elmi işlərin sayının az olması bu cür halların sayının azalmasına səbəb olur”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın