Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / “Ailə” tibb mərkəzi bağlana bilər

“Ailə” tibb mərkəzi bağlana bilər

Paytaxtın Bakıxanov qəsəbəsində yerləşən “Ailə” tibb mərkəzinin fəaliyyətinə dair bir çox iradlar var.

Tibb mərkəzinin rəhbəri Tamella Qurbanovadır. O, həm də 2 saylı Doğum Evinin nəzdində fəaliyyət göstərən Qadın məsləhətxanasında çalışır.
Mənbənin dia.az-a dediyinə görə, dövlət tibb müəssisəsində işləyən həkim, bura gələn pasientləri sonrakı müalicə üçün özünün açdığı özəl tibb mərkəzinə yönəldir. Təbii ki, belə olan halda malik olduğu imkanları Tamella Qurbanova üçün ideal şərait kimi qiymətləndirmək olar.
“Ailə” tibb mərkəzi adi bir 5 otaqlı mənzilin divarları arasında fəaliyyət göstərən müəssisədir. Həkim kabinetlərinin sayı isə cəmi ikidir. Onlardan biri stomatoloji kabinet, digəri isə təbii ki, Tamella xanımın özünün xəstələri qəbul etdiyi ginekoloji kabinetdir.
Səhiyyə Nazirliyi tərəfindən müvafiq lisenziyanın hansı əsasla verildiyi də müəyyən suallar doğurur. “Ailə” tibb mərkəzinin yerləşdiyi mənzildəki darısqallıq və şəraitsizliklə bərabər, həm də burada adətən hökm sürən natəmizlik və antisanitar vəziyyət var.
Mənbə qeyd edir ki, nazirlik tərəfindən yoxlama nəticəsində “Ailə” tibb mərkəzinin fəaliyyətində bir sıra ciddi nöqsanlar aşkarlanıb.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın