Cümə , Oktyabr 30 2020
Ana səhifə / Siyasət / Ağdaşda qəribə məxluqun göründüyü anlar – Video

Ağdaşda qəribə məxluqun göründüyü anlar – Video

Son günlər Ağdaş rayon Qoşaqovaq kəndində baş verən olaylar, ölkə mediasında, sosial şəbəklərdə hər kəsin marağına və təcübünə səbəb olub. Kənd sakinləri qorxu və təlaş içindədir. Jurnalistlər gecədən səhərədək adıçəkilən kənddə olaraq, baş verən hadisələri lentə ala biliblər. Kənd sakinlərinin hər şeyin gecə baş verdiyini iddia etməsi səbəbindən jurnalistlər də həmin vaxtı gözləyiblər. Başlanğıcda rayon mərkəzindən xeyli aralıda olan Qoşaqovaq kəndində sakitlik höküm sürüb. Ancaq kəndin mərkəzində, polislərin və sakinlərin cəmləşdiyi əraziyə çatdıqdan bir neçə dəqiqə sonra, naməlum kimsənin həyətlərin birində peyda olduğu xəbəri gəlib.
Qoşaqovaq kənd bələdiyyə sədri isə deyir ki, gecələr həqiqətən də kənddə gəzən var. Ancaq bu, hansısa başqa məxluq yox, insandır. Kəndin bələdiyyə sədri Cəbrayıl Həşimovun sözlərinə görə, indiyə qədər heç kimə xəsarət yetirilməyib və heç kimin evindən oğurluq edilməyib. Bununla belə sakinlər narahatdır. Ağdaş rayon polis şöbəsinin əməkdaşları və sakinlər naməlum şəxs və şəxslarin tutulması üçün kəndin müxtəlif ərazilərində axdarış işləri aparır.

 

https://youtu.be/xN4eUvqkk3Y

Həmçinin oxuyun

Ermənistan 84 yaşlı Mişa Melkumyanı təhvil almaqdan imtina edib

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Məlumatda …

Bir cavab yazın