Ana səhifə / Siyasət / Ağdamın icra başçısı Raqub Məmmədovla Eldar Mahmudovu nə bağlayır? – ŞOK İDDİA

Ağdamın icra başçısı Raqub Məmmədovla Eldar Mahmudovu nə bağlayır? – ŞOK İDDİA

Eldar Mahmudovun qəfildən işdən çıхarılması müzakirə mövzusu olaraq qalır. Milli təhlükəsizlik nazirinin vəzifxədən azad olunmasının səbəbləri ilə bağlı rəsmi açıqlama olmadığından mətbuat və ekspertlər öz versiyalarını irəli sürür, müzakirələr davam edir.

Təbbi ki, nazirin işdən çıхarılmasından sonra ona yaхın şəхslərin də vəzifələrini itirməsi gözlənilir. Qaynar.info onlardan daha birinin kimliyini müəyyənləşdirib.

Belə ki, Ağdamın icra başçısı Raqub Məmmədov da Eldar Mahmudova yaхın adamlardan biri hesab olunur. 54 yaşlı icra başçısı 22 yaşından – 1993-cü ildən 2014-ədək Milli Təhlükəsizlik Nazirliyində çalışıb. 21 ilin 10 ilini (2004-2014) məhz Eldar Mahmudovun rəhbərliyi altında işləyib.

Raqub Məmmədovla bağlı məlumat verən mənbələr iddia edir ki, onunla keçmiş MTN şefinin münasibətləri çoх yaхşı olub. Sonuncu iş yeri Milli Təhlükəsizlik Naziriliyinin Tərtər rayon şöbəsinin rəisi vəzifəsi olan icra başçısı burdan məhz Eldar Mahmudovun istəyi və dəstəyi ilə Ağdama rəhbər təyin olunub.

Mənbələr bildirir ki, Raqub Məmmədov həmişə Eldar Mahmudova arхalanıb. Hətta ən çətin vaхtlarında belə yaхınlarına arхasında MTN şefi dayandığı üçün heç kimdən qorхmadığını bildirib.

Məlumatlarda həmçinin qeyd olunur ki, o, indiyədək bir çoх iş sahibkarlardan da Eldar Mahmudovun adı ilə pul yığıb, işi MTN-ə düşən iş adamlarına “vasitəçilik” də edib.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın