Bazar ertəsi , Mart 20 2023
Ana səhifə / Siyasət / Ağdamdakı türk hərbçilərin mandatının uzadılması üzrə qanun layihəsi TBMM-də

Ağdamdakı türk hərbçilərin mandatının uzadılması üzrə qanun layihəsi TBMM-də

Azərbaycandakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki türk hərbçilərin mandatının uzadılması barədə qanun layihəsi Türkiyə Böyük Millət Məclisinə təqdim edilib.

Qanun layihəsinin təşəbbüskarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandır.

Qeyd edək ki, 2020-ci il noyabrın 16-da Türkiyə Böyük Millət Məclisi Türkiyə Silahlı Qüvvələrinə Azərbaycana əsgər göndərmək üçün 1 illik səlahiyyət vermişdi.

Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi Ağdamda yerləşir.

Həmçinin oxuyun

“Yaqub Eyyubov, sən hansı rus torpaqlarını müdafiə edib, bu ordeni almısan?”

“Rusiya artıq həmin Rusiya deyil. Ukrayna müharibəsindən sonra heç kim Rusiyanı adam yerinə qoymur. Estoniya …