Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Ağdam kəndləri informasiya blokadasında

Ağdam kəndləri informasiya blokadasında

Ağdam rayonunun bir neçə kəndi informasiya blokadasına alınıb. Yüksək inkişaf və texnalogia əsrinə baxmayaraq Ağdamın kəndlərində internet problemi yaşanır.
Türküstan.info-nun Ağdamda olan əməkdaşının verdiyi məlumata görə, rayon sakinləri internet imkanlarına məhdudiyyətlər qoyulması və bu səbəbdən yaranmış informasiyasızlıqdan şikayətlənirlər. Yerli sakinlərin dediyinə görə, Ağdamın yaşayış yerlərinə telefon xətləri çəkilsə də, internet təchizatında hələ də problemlər qalır. Araşdırmalar zamanı məlum olub ki, rayon sakinləri dəfələrlə qaynar xətlərə, Ağdam telekommunikasiya qovşağının əməkdaşlarına, həmçinin Rabitə və Yüksək Texnalogiyalar Nazirliyinə müraciətlər ünvanlasalar da, onların şikayətləri qulaqardına vurulub. Səbəb kimi isə nazirliyin idarəni portla təmin etməmələri göstərilib.
Məsələ ilə bağlı adının çəkilməsini istəməyən Ağdam Telekommunikasiya qovşağının əməkdaşı Türküstan.info-ya açıqlamasında deyib ki, nazirlik port avadanlığı göndərmişdi, bərbad və nasaz olduğu üçün geri qaytarılıb: “Sovet hakimiyyəti dövründən qalma texnikanı idarəmizə müasir texnika adı altında göndərmişdilər. Biz isə dərhal geri qaytardıq. İndi isə texniki avadanlıq göndərmirlər”.
Bu gün ölkəmizdə vətəndaşlar daha çox informasiyanı internet məkanından, KİV-lərdən, xəbər portallarından əldə edirlər. Ağdam sakinləri də bu imkanlardan istifadə etmək hüququna malikdirlər. Amma problem həll olunmamış qalır.

Həmçinin oxuyun

“G7” ölkələrindən Bakı və Yerevana çağırış

“G7” ölkələri Bakı və Yerevanı davamlı sülhə nail olmağa çağırıb. Qurum bölgədə gərginliyin yolverilməz olduğunu …

Bir cavab yazın