Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Siyasət / Ağayar Ağayev “Ded Xasan”ın bacısı oğlunun yerinə gətirilirmiş

Ağayar Ağayev “Ded Xasan”ın bacısı oğlunun yerinə gətirilirmiş

Yeni “smotrayyuşi” dəstəyi götürmədi

Rusiyanın Yekaterinburq şəhərində 200 nəfərə yaxın azərbaycanlının saxlanılmasının təfərrüatı məlum olub. Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, şəhərin Kosmonavtlar küçəsi, 134 ünvanında yerləşən “Qulyaki” kafesindəki “sxodka”da tanımış azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranski Ural regionuna “nəzarətçi” kimi öz adamını – Ağayev Ağayar Hüseyn oğlunu qoymaq istəyib.

Ağayar Ağayevlə bərabər bu “post”a “Kortik” ləqəbli başqa bir azərbaycanlı – İlqar Əliyev də iddialı imiş. Amma Lənkəranski son anda Ağayarın namizədliyinin üzərində dayanıb. Mənbəmizin dediyinə görə, Ağayar və qardaşı Xudayar regionda nüfuz sahibidirlər. Bundan başqa Ağayarın təyinatında əslən lənkəranlı olması da az rol oynamayıb. Başqa bir məlumata görə, 2014-cü ilin dekabrınadək Yekaterinburqun “smotryayuşi”si “Ded Xasan” kimi tanınmış “qanuni oğru” Aslan Usoyanın bacısı oğlu Timur Mirzoyev imiş.

“Timur Sverdlovski” kimi tanınan Mirzoyev Moskvada vəfat etdikdən sonra bu post boş imiş. Lənkəranski də Uralda öz mövqelərini möhkəmləndirmək üçün məhz Ağayar Ağayevi regionun mərkəzi şəhəri Yekaterinburqa nəzarətçi təyin etdirmək istəyib.

Yeri gəlmişkən, Lent.az-ın əməkdaşı Ağayar Ağayevin özüylə də danışmağa cəhd edib. Onun +7 922 208XXXX nömrəli telefonuna zəng çatsa da, Ağayev dəstəyi qaldırmayıb.

Həmçinin oxuyun

Parlamentdə koronavirus müzakirələri

Noyabrın 24-də Milli Məclisin növbəti plenar iclası keçirildi. Parlamentin sədri Sahibə Qafarova iclası açaraq bildirdi …

Bir cavab yazın