Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / Ağalar Vəliyevin şirkəti camaatı aldadır: QOÇULAR İŞ BAŞINDA

Ağalar Vəliyevin şirkəti camaatı aldadır: QOÇULAR İŞ BAŞINDA

“Kristal Abşeron” satılan mənzilin hər kvadrat üçün qiyməti 200 manat bahalaşdırıb, pulu ödəyə bilməyən vətəndaşlara hədə gəlinir

Deputat Ağalar Vəliyevin himayəsində olan «Kristan Abşeron» şirkəti ilə alıcılar arasında ciddi narazılıq yaranmağa başlayıb. JAM.AZ xəbər verir ki, tikinti şirkəti ilə vətəndaşlar arasında yaranmış narazılığın səbəbi qiymətlər olub.

Belə ki, tikinti şirkəti inşa etdiyi mənzillərin hər kvadratına yerinə uyğun olaraq qiymət qoyub. Ən ucuz yeri 600 manatdan, ən bahalı yerdə isə 1200 manatdan mənzil satan «Abşeron Kristal» ilkin mərhələdə müqaviləni manatla bağlasa da, bir müddət sonra alıcılarından ödənizi dollarla etməyi tələb edirlər.

JAM.AZ-a danışan şəxslər bildirirlər ki, müqavilə şərtlərində ödənişin dollarla olmasına dair heç bir bənd olmasa da, Ağalar Vəliyevin şirkətində devalivasiya ilə əlaqədar şərtlərin dəyişdiyinə dair alıcılara bilgi verilir. Nəticədə, ödənişlərdə təqribən 40 faizə qədər fərq yaranır.

«Kristal Abşeron»un müştəriləri bildirir ki, bu dəyişiklik nəticəsində onlar aldıqları mənzilin hər kvadrat metrində 200 manat pul itirirlər.

Bəzi iddialara görə, deputatlığa namizəd Ağalar Vəliyevin məsələdən xəbəri var. Hətta JAM.AZ-a verilən məlumatda deyilir ki, pul yığılmasına Vəliyevin bialvasitə nəzarəti altındadır. Həmçinin ödənişlərdə problem yarandıqda onun xüsusi adamları, vətəndaşlar tərəfindən «qoçu dəstəsi» kimi xarakterizə edilən işçiləri işə qarışırlar. Yəni, onlar pulu almaq üçün vətəndaşın evinə gedərək, ödəniz etməsini tələb edirlər, əks təqdirdə, cəzalandıra biləcəkləri barədə xəbərdarlıq edirlər.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Həmçinin oxuyun

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasının ildönümüdür

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il keçir. 2023-cü il aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası …

Bir cavab yazın