Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Siyasət / Ağacan Əbiyevin yenidən deputatlığa namizəd olmamasının SƏBƏBİ: “Hər şeyin həddi-hüdudu var”

Ağacan Əbiyevin yenidən deputatlığa namizəd olmamasının SƏBƏBİ: “Hər şeyin həddi-hüdudu var”

Beşinci çağırış Milli Məclisin deputatı olmuş Ağacan Abiyevin Azərbaycan Boks Federasiyasının Birinci vitse-prezidentiyindən getməsi barədə xəbər yayılıb. Buna səbəb kimi səhhətində yaranan problem göstərilib.

Ağacan Abiyev Modern.az-a açıqlamasında yayılan xəbərlərin yalan olduğunu deyib:

“İllərdir ki, Azərbaycan Boks Federasiyasının Birinci vitse prezidenti  kimi çalışıram. Ancaq Federasiyaya gedib gəlməyimdə problem yoxdur. Yarışdan-yarışa, iclasdan-iclasa qatılmağımda heç bir problem yoxdur. Sözsüz ki, Federasiyadakı işlərimi davam etdirmək fikrindəyəm. Vaxtilə “Boks mənim həyatımdır”adlı kitab yazmışdım. Doğrudan da, boks mənim həyatımdır. 15 yaşımdan boksla məşğul oluram. Deyim biləsiz. Hələ indiyə kimi SSRİ  boyda dövlətdə bir nəfər də olsun olimpiya oyunlarında baş hakim olmayıb. Ancaq mən olmuşam”.

Ağacan Abiyev deputatlığa namizədliyini verməməsi barədə də danışıb:

“Hər şeyin həddi-hüdudu var. Hesab edirəm ki, bu yaşda deputat olmaq doğru deyil. Səhhətim də əl vermir. Deputatlığa namizədliyimi verməməklə bağlı  qərarımı lap çoxdan vermişəm. Hətta, 2 il bundan qabaq yenidən deputat olmayacağımı düşünmüşəm”.

Qeyd edək ki, Ağacan Abiyev üçüncü, dördüncü və beşinci çağırış Milli Məclisin deputatı olub. Yeni Azərbaycan Partiyasının üzvüdür.

Həmçinin oxuyun

“Qəhrəman əsgərlərimizin son qələbəyə imza atacaqları tarixi gün uzaqda deyil” – Afsəddin Nəbiyev

“Ermənistanın bu hökuməti ilə münaqişənin sülh yolu üzrə nizamlanması perspektivləri çox uzaqdır”. Bunu Prezident İlham …