Cümə axşamı , May 6 2021
Ana səhifə / Siyasət / Ağ Ev müharibədə Ermənistanın daha çox itki verdiyini bəyan etdi…

Ağ Ev müharibədə Ermənistanın daha çox itki verdiyini bəyan etdi…

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert Brayen Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığında Qarabağdakı münaqişə tərəflərini atəşkəsə əməl etməyə çağırıb. 
Bu haqda “İzvestiya” nəşri məlumat yayıb.
Brayen həm Ermənistan, həm də Azərbaycan xalqlarının hərbi əməliyyatlar zamanı əziyyət çəkdiyini ifadə edərək ermənilər daha çox itki verdiyini vurğulayıb. 
“Hər iki ölkənin xalqları ağır itkilərə məruz qalıb, hərbi hücum əməliyyatları ilə üzləşən Ermənistan xalqı indi itkilərin daha çox ağırlığını daşıyır” dedi RİA Novosti onun sözlərindən sitat gətirdi. 
Ağ Evin nümayəndəsi bir daha Qarabağ probleminin hərbi yolla həllinin olmadığına diqqət çəkərək xarici qüvvələri məsələyə müdaxilə etməməyə  çağırıb. Moderator.az

Həmçinin oxuyun

Bir il öncə həbsi gözlənilən generala etimadın səbəbi

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman verib. …