Çərşənbə , İyul 6 2022
Ana səhifə / Siyasət / ADTP rəhbərliyi bir sıra görüşlər keçirib – FOTO

ADTP rəhbərliyi bir sıra görüşlər keçirib – FOTO

Azərbaycan Dirçəliş və Tərəqqi Partiyasının rəhbərliyi, partiyanın Suraxanı və Xəzər rayon təşkilatının üzvləri, bir qrup Vətən müharibəsi qazilərinin iştirakı ilə Binə qəsəbəsində yerləşən Şəhidlər xiyabanını ziyarət edib.

Daha sonra partiyanın üzvləri və tərəftarları ilə birgə ümumi toplantıya qatılıblar. Azərbaycan Dirçəliş və Tərəqqi partiyasının sədrinin birinci müavini Nurəddin Quliyev toplantını açıq elan edib. Dövlət himni səsləndirildikdən sonra o, partiyanın qarşısında duran məsələlər və hal hazırki siyasi vəziyyət barədə müəyyən məlumatlar verib. Ardınca partiyanın sədr müavinləri Təyyar Yəhyayev, Aybəniz Qafarlı və rayon təşkilatının üzvləri çıxış edərək öz fikirlərini bildiriblər. Sonda partiyanin sədri Ramil Hüseynov dünyadaki siyasi vəziyyət və onun ölkəmizə təsirləri barədə partiya üzvlərini məlumatlandırıb. Bununla belə, partiyanın gelecek fəaliyyətinin daha da uğurla davam etdirilməsi üçün öz tövsiyyələrini toplandı iştirakçılarının nəzərinə çatdırıb.

Həmçinin oxuyun

“İstəyirsən, yetim-yesirin pensiyasını kəs ver ermənilərə…”

Müharibənin baş çatmasından ilyarımdan çox vaxt keçir. Lakin bu müddət ərzində Azərbaycanla Ermənistan arasında sülh …