Cümə axşamı , Dekabr 1 2022
Ana səhifə / Siyasət / Adil Əliyev: “Xalqın çörəyi burunlarından gəlsin, haramları olsun”

Adil Əliyev: “Xalqın çörəyi burunlarından gəlsin, haramları olsun”

“Böyük qələbəmizə kölgə salmaq istəyən qüvvələr var. Daxildə, o cümlədən xaricdə oturub, Azərbaycan xalqına, şəhidinə, qazisinə “dil uzadırlar”. Onlar bizdən deyillər”.

Bunu Milli Məclisin sədr müavini Adil Əliyev bildirib.

A.Əliyev qeyd edib ki, həmin insanlar xalqın nümayəndələri ola bilməzlər: “Xalqın çörəyi onların burnundan gəlsin, haramları olsun. Xalqın çörəyini yeyib, təxribatla məşğuldurlar. Onlar düşmən dövlətlərin alətinə çevriliblər. Ar olsun. Mərd insanlar isə xalqın xidmətində dururlar. Bundan sonra da belə olacaq”.

Həmçinin oxuyun

Laçının azad edilməsindən iki il ötür

Laçın rayonunun Ermənistan işğalından azad edilməsindən 2 il ötür.Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə …