Accessbankın ən çox müştəri qəbul edən filiallarından biri olan Elmlər filialı qapadılıb.
Moderator.az -a xəbər verən mənbənin bildirdiyinə görə, filial qapandıqdan sonra bankın 50 -yə yaxın işçisi işsiz qalıb. Bankın yerləşdiyi əraziyə baş çəkən əməkdaşımız bankın həqiqətən də bağlandığını görüb. Bankın ofisinin yerində hazırda face studio fəaliyyət göstərir.