Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Abşeron rayon 2 saylı Notariat Kontoru vətəndaşları narazı salır

Abşeron rayon 2 saylı Notariat Kontoru vətəndaşları narazı salır

Vətəndaşlara ödəyəcəkləri rüsum üçün niyə qəbz verilmir? Abşeron rayonu 2 saylı Notariat Kontoru ilə bağlı şikayətlərin ardı -arası kəsilmir. Redaksiyamıza daxil olan şikayət məktubunda bildirilir ki, Abşeron rayonu 2 saylı Notariat Kontorunda mövcud qanunvericiliyə zidd hərəkətlərə yol verilir. Sözügedən dövlət qurumunda qanunun aliliyi qorunmur. Dəfələrlə 2 saylı Notariat Kontorunda baş verən neqativ hallarla bağlı qəzetimizdə geniş məlumat versək də, həmin dövlət qurumuyla bağlı heç bir ölçü götürülməyib. Ədliyyə Nazirliyinin rəhbər vəzifədə oturan şəxsləri adını çəkdiyimiz notariusla bağlı ölçü götürmürlər. Məhz ədliyyə orqanlarında rəhbər vəzifədə oturan şəxslərin biganəliyinin nəticəsidir ki, yerlərdəki ayrı-ayrı notariat kontorları qeyri-qanuni işlərə imza atırlar. Qanunvericiliyə uyğun olmayan hərəkətlərə yol verirlər. Vətəndaşları süründürməçiliyə məruz qoyurlar, vətəndaşlar arasında ayrı-seçkiliyə yol verirlər. Etibarlı mənbələrin verdiyi məlumata görə, Abşeron rayonu 2 saylı Notariat Kontorunun xüsusi notariusu Günay Məsimova dövlət qurumundan öz məqsədləri üçün istifadə edir. Məsimovanın rəhbərliyi altında 2 Saylı dövlət Notariat Kontorunda qeyri-qanuni sənədləşmələr aparmaq suiçimi kimi bir şeydir. Əldə etdiyimiz məlumatlara görə, Günay Məsimova sözügedən dövlət qurumunu öz qaydaları əsasında idarə edir. Sadə vətəndaşların sənədləri tam qaydasında olmasına baxmayaraq, Məsimovanın kaprizlərinə məruz qalırlar. 2 saylı Notariat Kontorunun xüsusi notariusu olan Günay Məsimovanın maraqlarını təmin edən şəxslərin işləri vaxtında həll olunur, nəinki sənədləri qaydasında olan şəxslərin. Deyilənlərə görə, xüsusi notariusun qazancı məhz həmin şəxslərdən çıxdığı üçün onların işini daha tez həll edir. Abşeron rayonu 2 saylı Notariat Kontorunda bəzi vətəndaşların etibarnamələrinin müddətini artırmaq üçün etibarnaməni verən şəxs olmadan belə, istəklərinə nail ola bilirlər. Bizə verilən məlumata görə, Abşeron rayonu 2 saylı Notariat Kontorunda sənədə razılıq verən tərəf olmadan, istər avtomobil, istərsə də digər etibarnamələr təsdiq edilərkən rüsumdan əlavə nələrsə tələb olunur. Bundan başqa məsələni qısa zaman içərisində yoluna qoymaq istədikdə də xüsusi notariusu görmək kifayətdir. Əldə etdiyimiz məlumata görə, sözügedən notariat kontorunda vətəndaşlar çox incidilir. İşçilər operativ, cəld işləmirlər. Ona görə də vətəndaşlar saatlarla gözləməli olurlar. Həmçinin notariat hərəkətlərinin aparılması üçün dövlət rüsumu ödənildiyi zaman müəyyən qanun pozuntusuna yol verilir. Belə ki, vətəndaşa ödəyəcəyi məbləğ üçün qəbz təqdim olunmur. Bu yolla vətəndaşlardan artıq rüsum alınır. Təəssüf ki, bəzi vətəndaşların hüquqi savadı olmadığı üçün onların “xüsusi standartlarına” tabe olurlar. Bundan başqa kontora gün ərzində yüzlərlə vətəndaş müraciət edir. Müraciətlərin əsas hissəsi sənədin surətinin əslilə düzgünlüyünün təsdiq edilməsi ilə bağlı olur. Təkcə bu xidmətin müqabilində əhalidən xeyli miqdarda əlavə rüsum toplanılır. Günay Məsimova kontorda müəyyənləşdirilmiş rüsumları deyil, məhz özünün təyin etdiyi “şərt”ləri tətbiq edir. Elə bu səbəbdən də 2 saylı Notariat Kontorunda alınan rüsumlarla qanuni dövlət rüsumları arasında böyük fərq hiss olunur. Xüsusi notarius məhz bu iş prinsipi sayəsində maliyyə imkanlarını genişləndirib.

gundelikbaki.com

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …

Bir cavab yazın