Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Siyasət / ABŞ yeni səfirini Bakıya göndərir

ABŞ yeni səfirini Bakıya göndərir

Trampın Bakıya göndərmək istədiyi səfir Senatda sorğu-sual edildi

Məlum olduğu kimi, ABŞ prezidenti Donald Tramp sentyabrın əvvəlində ABŞ-ın Bakıdakı səfiri postuna Dövlət Departamentində yüksək vəzifə tutan peşəkar diplomat Örl litzenbergerin (Earle Litzenberger) namizədliyini irəli sürüb. Xatırladaq ki, ABŞ-ın Azərbaycandakı səfiri olmuş Robert Sekutanın diplomatik missiyası bu ilin mart ayında başa çatıb.

Litzenberger hazırda Dövlət Departamentində Siyasi və Hərbi Məsələlər Bürosunda aparıcı müşavirdir. Bu vəzifəyə 2018-ci ilin yanvarında təyin edilib. Dövlət katibinin köməkçisinin birinci müavini yerində olmadıqda İrli Litzenberger onun səlahiyyətlərini icra edir.

ABŞ Senatının Beynəlxalq Əlaqələr Komitəsində dekabrın 13-də (Bakı vaxtilə dekabrın 14-də)  Birləşmiş Ştatların Azərbaycan və Ermənistandakı səfirləri vəzifəsinə namizədlərlə bağlı səsvermə keçiriləcək.

“Report”un xəbərinə görə, məlumatı komitənin rəsmi saytı yayıb. Senatorlar Örl Litzenberger ABŞ-ın Azərbaycana və Linn Treysinin isə Ermənistana səfiri vəzifəsinə  namizədliklərinə münasibət bildirəcəklər.

Ä°lgili resim

Beynəlxalq Əlaqələr Komitəsi Ö.Litzenbergerin və L.Treysinin namizədliyini təsdiqləyərsə, son dinləmələr Senatda keçiriləcək.

Qeyd edək ki, Amerika Erməni Milli Komitəsi ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizəd Ö.Litzenbergerlə bağlı səsvermənin təxirə salındığını iddia edirdi.

Litzenberger nazir müşaviri (Minister Counselor) ali diplomatik rütbəsinə malikdir.

Litzenberger ABŞ-ın NATO-dakı missiyasının rəhbərinin müavini (2014-2017) olub, Serbiya, Qırğızıstandakı səfirliklərdə işləyib. NATO-nun Əfqanıstandakı baş mülki nümayəndəsinin müavini (2013-2014) olub. Habelə ABŞ-ın Avropa İttifaqındakı missiyasında, Qazaxıstan, Bolqarıstan və Əlcəzairdəki səfirliklərdə, Fransanın Marsel şəhərindəki ABŞ konsulluğunda işləyib. Fransız, rus, bolqar və serb-xorvat dillərini bilir.

Earle Litzenberger ile ilgili görsel sonucu

“Dövlət Departamentindəki mənbələr Litzenbergeri ”böhran yatıran diplomat” kimi xarakterizə edir. O, Vaşinqtonun hərbi və siyasi dəhlizlərində diplomatik yaradıcılıq qabiliyyəti və təmkini ilə ad çıxarıb.  Müşahidəçilərin fikrincə, İran, Rusiya, Suriya məsələləri fonunda Cənubi Qafqazın əsas söz sahibi olan ölkəsinə hərbi məsələlərlə məşğul olan birisinin, özü də Dövlət Departamentdə çalışan şəxsin səfir göndərilməsi heç də təsadüfi deyil.

Oktyabrın əvvəlində ABŞ Senatının Xarici işlər komitəsi Örl Litsenbergerin Azərbaycana səfir vəzifəsinə namizədliyini müzakirə edib. Müzakirə zamanı diplomat bu vəzifəyə layiq görüləcəyi təqdirdə, ABŞ-ın Azərbaycandakı mənafeləri üçün səylə çalışacağını bildirib.

“Həm İranla, həm də Rusiya ilə həmsərhəd ölkə olan Azərbaycan ABŞ üçün mühüm tərəfdaşdır. Aramızdakı münasibətlər nəinki ölkələrimiz, bütövlükdə bölgə üçün də əhəmiyyətlidir”, – deyə Litsenberger qeyd edib.

O, Azərbaycanın beynəlxalq təhlükəsizlik sahəsində də uzun müddətdir etibarlı tərəfdaş olduğunu bildirib: “11 sentyabrdan sonra Azərbaycanın o vaxtkı prezidenti Heydər Əliyev terrorçuluqla mübarizəyə dəstəyini və yaxından əməkdaşlığı ilk təklif edənlərdən olub”. O, Azərbaycanın Əfqanıstandakı beynəlxalq sülhyaratma missiyasına da töhfəsini yüksək qiymətləndirib.

Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunan Ö.Litsenberger qeyd edib ki, Minsk Qrupunun həmsədri kimi ABŞ BMT Nizamnaməsində, Helsinki Yekun Aktındakı prinsiplər əsasında sülh yolu ilə uzunmüddətli razılaşma əldə etmələri üçün tərəflərlə bundan sonra da çalışmağa hazırdır: “Namizədliyim təsdiqlənərsə, hökumətin bu məqsədə sədaqətini lazımınca dəstəkləyəcəyəm”.

Linn Treysi peşəkar diplomatdır. O, Rusiya və keçmiş SRRİ üzrə mütəxəssisdir. Hazırda ABŞ Dövlət Departamentinin Rusiya işlər üzrə baş müşavir vəzifəsində işləyir. Bundan əvvəl Linn Treysi ABŞ-ın Moskva, Aşqabad və Astanadakı səfirinin müavini, Mərkəzi Asiya üzrə dövlət katibi köməkçisinin birinci müavini olub. O, Pakistanın Peşavar şəhərindəki ABŞ-ın konsulluğunda xidmətdə olub. Rus dilini bilir. Dövlət Departamentinin “İgidliyə görə” mükafatına layiq görülüb.

Həmçinin oxuyun

Ceyhun BayramovunTürkmənistana səfəri başladı

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Türkmənistana səfəri başlayıb. Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti …