Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Siyasət / ABŞ səfirindən Azərbaycan haqda xoş sözlər

ABŞ səfirindən Azərbaycan haqda xoş sözlər

“Azərbaycan yalnız enerji ixracatçısı deyil, eyni zamanda sabitliyin ixracatçısıdır”.

Bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger “Əsrin müqaviləsi”nin 25-ci ildönümü münasibətilə öz iqamətgahında təşkil etdiyi ziyafətdə bildirib.

Onun sözlərinə görə, Azərbaycan Gürcüstan, Türkiyə və Avropa İttifaqının enerji təhlükəsizliyinə strateji töhfə verir: “Güclü, suveren və müstəqil Azərbaycan bölgədəki sabitliyin lövbəridir”.

“Enerji sektorunda tərəfdaşlığımızın tarixində bu əsas addıma nəzər salarkən ABŞ Xəzər dənizinin enerji ixracatının növbəti uğurlara çatması üçün yeni nəsil texnologiyalar və xidmətlərdən istifadə etməklə bu sahədə Azərbaycan, Böyük Britaniya və digər ölkələrdən olan şirkətlər və mütəxəssislərlə əməkdaşlığı davam etdirməyə ümid edir”, – deyə səfir qeyd edib. Report


Həmçinin oxuyun

Putin:“Qarabağla bağlı üçtərəfli bəyanat ardıcıl şəkildə icra olunur”

Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Qarabağla bağlı 9 noyabrda imzaladıqları birgə bəyanat ardıcıl şəkildə icra …