Cümə , Aprel 12 2024
Ana səhifə / Siyasət / ABŞ səfiri həbsdəki jurnalistlərin vəkilləri ilə görüşüb

ABŞ səfiri həbsdəki jurnalistlərin vəkilləri ilə görüşüb

“Birləşmiş Ştatlar mətbuat azadlığını dəstəkləyir”

Amerika Birləşmiş Ştatlarının Bakıdakı səfiri Mark Libbi Azərbaycanın həbsdə olan jurnalistlərinin vəkilləri ilə görüşüb.

Bu barədə ABŞ səfirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Birləşmiş Ştatlar mətbuat azadlığını dəstəkləyir:

“Biz Azərbaycan hökumətini fundamental azadlıqlarından istifadə etdiklərinə görə, həbs edilən bütün şəxsləri azad etməyə çağırırıq”.

Ötən ilin sonlarından başlayaraq Azərbaycanda 10-dan artıq jurnalist həbs edilib, yaxud saxlanılıb. Həbs edilənlərdən əksəriyyəti “AbzasMedia”, “Toplum TV” və “Kanal 13” saytlarının əməkdaşlarıdır.

“AbzasMedia” işi üzrə həbslər 2023-cü il noyabrın 20-dən başlayıb. Öncə saytın direktoru Ülvi Həsənli, direktor müavini, ictimai fəal Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı həbs edilib.

Bundan sonra isə araşdırmaçı jurnalist Hafiz Babalı, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova həbs edilib.

Onların hər biri Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham olunur. Bu maddə ilə onları 5 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Jurnalistlər həbslərini sırf peşə fəaliyyətləri ilə əlaqələndirirlər.

Həmçinin oxuyun

“Erməni xalqım hansısa dəhşətli dövrdən, cəhənnəmdən keçir”

“İndi mənim sevimli Ermənistanım, erməni xalqım hansısa dəhşətli dövrdən, cəhənnəmdən keçir”. Bunu Kremlin ən tanınmış …