Cümə axşamı , Sentyabr 28 2023
Ana səhifə / Siyasət / “ABŞ Qarabağda bu siyasəti dəstəkləyir” – Metyu Brayza

“ABŞ Qarabağda bu siyasəti dəstəkləyir” – Metyu Brayza

“ABŞ həm Azərbaycan, həm də Ermənistanı Laçın dəhlizi boyunca gərginliyi azaltmağa və sülh müqaviləsi istiqamətində işləməyə davam etməyə, danışıqlar apararkən gərginləşdirici addımlardan çəkinməyə çağırır”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında beynəlxalq ekspert, Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.

O bildirib ki, çağırışa həm Laçın dəhlizi, həm də Ağdam-Xankəndi yolu ilə sərbəst gediş-gəliş, Qarabağda yaşayan şəxslərin hüquq və təhlükəsizliyinin qorunması daxildir:

“Bundan başqa, Avropa Şurasının sədri Şarl Mişel Prezident İlham Əliyevlə baş nazir Paşinyan arasında keçirdiyi son görüşdən sonra verdiyi bəyanatda Azərbaycanın Ağdamdan Qarabağdakı etnik ermənilərə humanitar yardım çatdırmağa hazır olduğunu ifadə etməsini alqışlayıb”.

Həmçinin oxuyun

Separatçı rejim rəsmən ləğv olundu: Fərman

Qondarma rejimin “rəhbər”i Samvel Şahramanyan tanınmamış “DQR”in 2024-cü il yanvarın 1-dən ləğv ediləcəyi barədə “fərman” …