Çərşənbə axşamı , İyun 22 2021
Ana səhifə / Siyasət / “ABŞ-ın Qüdslə bağlı qərarı böyük səhvdir” – Türkiyə XİN

“ABŞ-ın Qüdslə bağlı qərarı böyük səhvdir” – Türkiyə XİN

“Fələstinlilər bizim kimi sülh və təhlükəsiz şəraitdə yaşamalıdır. Lakin buna baxmayaraq, fələstinlilər öldürülür və zorakılığa məruz qalır”

Bunu Bakıda keçirilən Qoşulmama Hərəkatının Fələstin üzrə Nazirlər Komitəsinin iclasında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Ötən həftə xeyli günahsız fələstinli qətlə yetirildi. İsrail Fələstin torpaqlarının işğalını davam etdirir. Buna son qoymağın vaxtı çatıb. ABŞ-ın Qüdsdə səfirlik açması ilə bağlı qərarı böyük səhvdir. Bununla ABŞ Yaxın Şərqdə sülh prosesində iştirakına kölgə saldı. Biz Fələstinin dövlət kimi tanınmasına dair səylərimizi artırmalıyıq”, – deyə nazir vurğulayıb.

Həmçinin oxuyun

Rusiya ilə konfrontasiyaya səsləyənlərin məqsədi – ŞƏRH

Radikal müxalifət, separatçılar və bəzi xarici ölkə agentləri kimi xarakterizə olunan adamlar 15 iyunda Azərbaycanla …