Bazar , Noyabr 28 2021
Ana səhifə / Siyasət / ABŞ-ın müdafiə naziri Qafqazda “3+3” platforması ideyasının üstündən xətt çəkdi

ABŞ-ın müdafiə naziri Qafqazda “3+3” platforması ideyasının üstündən xətt çəkdi

ABŞ-ın müdafiə naziri Lloyd Ostin Gürcüstana səfəri zamanı Cənubi Qafqazda “3+3” formatında əməkdaşlıq platformasının (Rusiya, İran və Türkiyənin iştirakı ilə,-red.) yaradılması  və Gürcüstanın bu platformada iştirakı ideyasına münasibət bildirib. “Hansısa yeni platformadan danışmazdan əvvəl Gürcüstanın 20 faiz ərazilərini işğal etmiş Rusiya atəşin dayandırılmasına dair 2008-ci il razılaşmasını yerinə yetirməlidir”,-Pentaqon rəhbəri bildirib.

Lloyd Ostin bəyan edib ki, ABŞ-ın Gürcüstanın ərazi bütövlüyünə və suverenliyinə dəstəyi dəyişməzdir.

Tbilisiyə səfərinin məqsədi haqda danışan müdafiə naziri “iki ölkə arasında yaxşı tərəfdaşlıq münasibətlərinin olması haqda mesaj vermək istədiyini” bildirib. “Gürcüstan bizim üçün kritik əhəmiyyət daşıyan regiondur və mən ona görə buradayam ki, Gürcüstanı, bütün dünyanı bizim gözəl münasibətlərimizin olduğuna əmin edim”,-Ostin gürcü həmkarı Cuanşer Burçuladze ilə görüşündən sonra keçirdiyi brifinqdə deyib.

ABŞ müdafiə naziri Gürcüstana dair ölkəsinin yeni “Gürcüstanın müdafiəsi və çəkindirmə” təşəbbüsü haqda da məlumat verib. “Bu gün mən Gürcüstanın müdafiəsinə dair yeni təşəbbüsü Gürcüstanın müdafiə naziri ilə birgə elan etməkdən şərəf duyuram. Bu təşəbbüs bir tərəfdən ABŞ-ın müdafiə departamenti, digər tərəfdən isə Gürcüstanın Müdafiə Nazirliyi və müdafiə qüvvələri ilə əməkdaşlıq üçün mərkəzi yer tutacaq”,-o deyib.

Lloyd Ostin qeyd edib ki, yeni təşəbbüs ABŞ-la Gürcüstan arasında müdafiə və təhlükəsizlik sahəsində yeni fazanı başladır. virtualaz.org

Həmçinin oxuyun

“Növbəti addımlara hazır olmalıyıq” – Sahibə Qafarova Assambleyada çıxış etdi – FOTO

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Parlamentlərarası İttifaqın 143-cü Assambleyasında və …