Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / ABŞ Fətullah Gülənin Türkiyəyə təslimi ilə bağlı təklif edib

ABŞ Fətullah Gülənin Türkiyəyə təslimi ilə bağlı təklif edib

ABŞ Fətullah Gülənin Türkiyəyə təslimi ilə bağlı təklif edib

ABŞ Dövlət Departamenti Pennsylvania-da yaşayan din xadimi Fətullah Gülənin Türkiyəyə təslim olunması mövzusunda qurulacaq ortaq bir qrupun Türkiyəyə göndərilməsini təklif edib.
Bu baradə Vaşhinqtonda təşkil olunmuş mətbuat konfransında çıxış edən ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi bildirib.
Cənab Gülənin ekstradisiyası ilə bağlı Türkiyənin göndərdiyi sənədləri yoxladıqlarını deyən cənab Kirbi, rəsmi ekstradisiyanın baş tutması üçün sağlam dəlillərə ehtiyac olduğunu bildirib.
Cənab Kirbi bildirib ki, Fətullah Gülənin təslim edilib-edilməməsi ilə bağlı qərar ABŞ Dövlət Departamenti və Ədliyyə Nazirliyinin birgə fəaliyyətinin nəticəsində veriləcək.
Türkiyə hökuməti ölkədə baş vermiş çevrilişə cəhdin arxasında ABŞ-da mühacirətdə olan din xadiminin dayandığını iddia edir.
Cənab Gülən iddiaları rədd edir.
Yeni çevriliş cəhdi mümkündürmü?
Rəcəb Tayyip Ərdoğan çevrilişə cəhd zamanı xüsusi xidmət orqanlarında ciddi çatışmamazlıqların olduğunu bildirib
Türkiyə prezidenti Ərdoğan Reuters agentliyinə müsahibəsində bildirib ki, “yeni çevriliş cəhdi mümkündür, ancaq rahat olmayacaq”.
“Bu dəfə daha sayığıq”, -Türkiyə prezidenti əlavə edib.
Cənab Ərdoğan fövqəladə vəziyyətin ehtiyac olacağı təqdirdə daha üç ay uzadıla biləcəyini açıqlayıb.
Türkiyə prezidenti çevrilişə cəhd zamanı xüsusi xidmət orqanlarında ciddi çatışmazlıqların olduğunu və silahlı qüvvələrin sürətlə yenidən formalaşdırılacağını deyib.
“12 saat ərzində hər şey nəzarət altına alındı. Millətimizin meydanlara çıxması hər şeydən önəmlidir. Çətin olsa da, baş nazirlə əlaqə qura bildim. Vətəndaşlarımı küçələrə dəvət etdim”, – o bildirib.
Cənab Ərdoğan deyib ki, “üç ay davam edəcək fövqəladə vəziyyət ərzində gecə-gündüz çalışacağıq. Bu günləri yenidən yaşamaq istəmirik” (“Amerikanın səsi”).

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın