Şənbə , Avqust 20 2022
Ana səhifə / Siyasət / ABŞ dövlət katibi: “Ceyhun Bayramov və Ararat Mirzoyan müsbət addım atdılar”
(FILES) In this file photo taken on April 30, 2022 US Secretary of State Antony Blinken arrives for the White House Correspondents’ Association gala at the Washington Hilton Hotel in Washington, DC. - US Secretary of State Antony Blinken tested positive May 4, 2022 for Covid-19 and will shift to a virtual work schedule, the State Department said. (Photo by Stefani Reynolds / AFP)

ABŞ dövlət katibi: “Ceyhun Bayramov və Ararat Mirzoyan müsbət addım atdılar”

“Ceyhun Bayramov və Ararat Mirzoyan bu gün Tbilisidə görüşərək müsbət addım atdılar”.

“Report” xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken tviter hesabında yazıb.

“Birbaşa dialoq Azərbaycan və Ermənistanın fikir ayrılıqlarının həllinin ən etibarlı yoludur”, – ABŞ-ın dövlət katibi vurğulayıb.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dünən Gürcüstanın paytaxtı Tbilisidə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüb. Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri Ermənistan silahlı qüvvələrinin ölkəmizin ərazisindən çıxarılmasının zəruriliyini bildirib.

Xarici işlər nazirləri Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı bir sıra məsələlərə toxunublar. Bununla bağlı, hər iki tərəf götürdükləri öhdəliklərin icrasını müzakirə edib, gələcək mümkün addımlar barədə fikir mübadiləsi aparıblar.

Ceyhun Bayramov qeyd edib ki, bütün səylər iki dövlət arasında silahlı münaqişənin həllindən sonra yaranmış post-münaqişə reallıqları əsasında Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin tənzimlənməsində irəliləyiş əldə olunmasına yönəldilməlidir. Bu kontekstdə Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış Üçtərəfli Bəyanatların bütün müddəalarının icrasının, xüsusilə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasının zəruriliyi vurğulanıb.

Humanitar məsələlərə toxunan nazir Ceyhun Bayramov 4 000-ə yaxın itkin düşmüş azərbaycanlının taleyinə aydınlıq gətirilməsinin vacibliyini diqqətə çatdırıb.

Həmçinin oxuyun

Partiya sədri FHN- dəki qalmaqaldan yazdı

Son günlər FHN-in artıq keçmiş zabitinin gündəmi zəbt etmiş porno videolarının yayılması, ictimaiyyətdə böyük əks …