Çərşənbə , İyun 16 2021
Ana səhifə / Siyasət / ABŞ Dövlət Departamentinin nümayəndəsi Bakıya gəlir

ABŞ Dövlət Departamentinin nümayəndəsi Bakıya gəlir

ABŞ Dövlət Departamentinin nümayəndəsi Azərbaycan, Ermənistan və Gürcüstana səfərə gəlir.

Məlumatı RİA Novosti yayıb.

Məlumata görə, Dövlət katibinin Avropa və Asiya üzrə köməkçisi səlahiyyətlərini icra edən Filip Riker 6-13 iyun tarixlərində Tiflis, Bakı və Yerevana səfər edəcək.

“Riker Gürcüstanda hökumət, müxalifət və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək”, – deyə məlumatda qeyd olunub.

Bənzər görüşlər Ermənistan və Azərbaycanda da keçiriləcək, amerikalı diplomat bu ölkələrdə həm də Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edəcək.

Həmçinin oxuyun

15 iyun şifrələri: Ərdoğan niyə məhz bu tarixdə Şuşaya səfər edir… – ŞƏRH

Heydər Əliyevin 1993-cü il iyun ayının 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi tarixə Milli …