Cümə , Sentyabr 24 2021
Ana səhifə / Siyasət / ABŞ-dan Ermənistanla sərhəddə baş verənlərlə bağlı bəyanat

ABŞ-dan Ermənistanla sərhəddə baş verənlərlə bağlı bəyanat

“ABŞ Ermənistan- Azərbaycan sərhədindəki son hadisələrdən, o cümlədən bir neçə erməni əsgərinin Azərbaycan qüvvələri tərəfindən tutulmasından narahatdır”.

Bu bəyanatla ABŞ Dövlət departamenti çıxış edib. “Hər iki tərəfi bu hadisəni təcili və sülh yolu ilə həll etməyə çağırırıq. Biz Azərbaycanı bütün hərbi əsirləri və digər məhbusları dərhal sərbəst buraxmağa çağırırıq və beynəlxalq humanitar hüququn məhbuslara insani rəftarla bağlı öhdəlikləri xatırlayırıg ”- sənəddə deyilir.

Vaşinqton Ermənistanla Azərbaycan arasındakı beynəlxalq sərhədin müəyyən olunmamış hissələrində hər hansı bir hərəkəti “təxribat və lazımsız” hesab edir. “Biz sərhədləri təyin etmək üçün güc tətbiqini rədd edirik və hər iki tərəfi əvvəlki mövqelərinə qayıtmağa və qeyd olunmamış sərhədin hərbiləşdirilməsini və minaların qoyulmasını dayandırmağa çağırırıq. Azərbaycanı və Ermənistan qüvvələrini 11 May tarixində tutduqları mövqelərə qayıtmağa çağırırıq. 

Bu tədbirlər gərginliyi azaldacaq və dinc danışıqlar prosesi və təcili sərhəd demarkasiyası üçün yer yaradacaq. ABŞ bu səylərə töhfə verməyə hazırdır”.

ABŞ Dövləti, Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli siyasi həllinə nail olmaq üçün tərəfləri ATƏT-in Minsk qrupu həmsədrlərinin himayəsi altında ən qısa müddətdə substantiv danışıqlara qayıtmağa çağırır.

Həmçinin oxuyun

AMİP və YYP sədrləri görüşüb

Yeni Yol Partiyasının sədri Ramil Hüseynovun siyasi partiyalarla görüşləri davam edir. YYP sədri bu gün …