Cümə , Sentyabr 24 2021
Ana səhifə / Siyasət / ABŞ-da yaşayan azərbaycanlılara müraciət: Təxribatlara uymayın!

ABŞ-da yaşayan azərbaycanlılara müraciət: Təxribatlara uymayın!

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu Amerikada yaşayan azərbaycanlılara müraciət edib.

Azinforum.az Konsulluğa istinadən xəbər verir ki, Los Ancelesdə və ümumilikdə Kaliforniyanın digər şəhərlərində yaşayan erməni ekstremistləri Azərbaycana qarşı nümayişlər və digər təxribat xarakterli tədbirlər planlaşdırır.

“Soydaşlarımızdan təmkinli və ehtiyatlı olmağı, təxribatlara uymamağı, belə mənasız nümayişlərə önəm verməməyi xahiş edirik. Azərbaycan həqiqətlərinin yerli ABŞ ictimaiyyətinə müxtəlif müstəvilərdə çatdırılması işi həm Baş Konsulluq, həm də icmamız tərəfindən uğurla davam etdirilir.

Yerli erməni radikallarından hansısa təhdidlər alındığı təqdirdə və ya digər şübhəli məqamlarla bağlı Baş Konsulluğa [email protected] email ünvanı və ya 1 (310) 444-9101 telefon nömrəsi vasitəsilə dərhal məlumat verilməsini soydaşlarımızdan rica edirik”, – deyə müraciətdə qeyd olunub.

Həmçinin oxuyun

AMİP və YYP sədrləri görüşüb

Yeni Yol Partiyasının sədri Ramil Hüseynovun siyasi partiyalarla görüşləri davam edir. YYP sədri bu gün …